Dünən Türkiyənin Elazığ şəhərində 6,8 bal gücündə zəlzələ baş verib.

BAKU.WS “Haberler.com”a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində çoxlu sayda bina uçub.

Dağıntılar altında qalan 20 nəfər ölüb, 1015 nəfər isə yaralanıb. Hazırda dağıntılar altında xilasetmə əməliyyatları davam edir.

Şəhərin mərkəzində uçmuş binanın altında aparılan xilasetmə işləri zamanı lentə alınan bir görüntü ürəkləri sızladıb. Bir ata zəlzələ zamanı uşaqlarını qucaqlayıb və özünü onlar üçün sipər edib. Lakin bu fədakarlıq övladlarının xilas etməyə kifayət etməyib. Dağıntılar altından onların cansız bədənləri çıxarılıb.

BAKU.WS

VİDEO