C. Fev 21st, 2020

Zəlzələ bölgəsindəki tələbələr vətənə qaytarılır: Avtobus göndərildi

Xəbər verdiyimiz kimi, Türkiyənin Elazığ, Malatya, Diyarbəkir, Adıyaman, Batman, Kahramanmaraş və Şanlıurfa şəhərlərində dünən gecə baş verən zəlzələ nəticəsində ölü sayı artır. 

İlkin məlumata görə, zəlzələdə 22 nəfər həlak olub, 1500 nəfər isə xəsarət alıb. Ölü sayının artacağı istisna olunmur.

Elazığdakı Fırat Universitetində təhsil alan azərbaycanlı tələbələr də çətin vəziyyətdədir. Əksər yataqxana və yaşayış binalarına ciddi ziyan dəydiyindən məkanlar boşaldılır. Gecəni küçədə keçirən tələbələr şəhəri tərk etmək məcburiyyətində olsalar da, bilet tapılmır, əksəriyyətinin isə maddi imkanı bilet almağa yetərli deyil. Həftəsonu olduğundan banklar işləmir və pul köçürülməsi mümkün deyil.

Cebhe.info-nun əldə etdiyi məlumata görə, bu barədə xəbər yayıldıqdan sonra  Azərbaycanın Xarici İşlər Nazirliyi, Türkiyədəki Azərbaycan Səfirliyi və digər əlaqədar qurumlar tələbələri Azərbaycana qaytarmaq üçün hərəkətə keçiblər. Onları vətənə gətirmək üçün yerləşdikləri şəhərə ayrıca nəqliyyat vasitəsi göndərilib.

Paylaş:

mersin escort bayan mersin escort