Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 1985 nəfərə, ölənlərin sayı isə 56-ya çatıb.

Turkustan.info xarici KİV-ə istinadla xəbər verir ki, xəstələrdən 324-nün vəziyyəti ağırdır.

Koronavirusa ən çox yoluxma və ölüm halları Xubey vilayətində qeydə alınıb.

Sözügedən bölgədə 1052 nəfər virusa yoluxub. Onlardan 52 nəfəri ölüb.

Virusa yoluxması şübhəli bilinən 2700 nəfərə yaxın şəxs müayinə edilir.

Ümumilikdə, xəstələrlə yaxın ünsiyyətdə olmuş 21 mindən çox şəxs tibbi nəzarət altındadır.