Ca. Fev 27th, 2020

DİQQƏT: Telefondan silinməyən virus peyda oldu

“Dr.Web” antivirus şirkətinin mütəxəssisləri istifadəçilərin fərdi məlumatlarını toplayan və silinməyən “Android” virusu haqqında məlumat veriblər.

Turkustan.info xəbər verir ki, mütəxəssislər ötən ilin sonunda bəzi qurğularda troyan virusu aşkar etmişdilər.

Zərərli proqram ödənişli proqramlardan qazanc toplayır və ya bəzi hallarda smartfona çoxlu sayda mobil tətbiq quraşdırırdı.

Bir qayda olaraq, bu troyan proqram təminatının bir hissəsini silir və nəticədə istifadəçilər yoluxdurulmuş proqramlardan xilas ola bilmir.

Hələ 2015-ci ildən mütəxəssislərə məlum olan “Android.Xiny.5261” virusu daha da təkmilləşdirilib. Troyan proqramı “Android” sisteminin 5.1 və aşağı versiyalarına zərər vurur. “Dr.Web” şirkətindən bildirilib ki, hər dördüncü “Android” istifadəçisi köhnə versiyalardan istifadə edir. /İctnews/

Paylaş:

mersin escort bayan mersin escort