07 Avqust 2020 12:51

“İrəli” gəncləri Trabzonda mübadilə proqramında iştirak edir – FOTOLAR

“İrəli” İB gəncləri Türkiyənin Trabzon şəhərində keçirilən mübadilə proqramında iştirak edir.

Turkustan.info xəbər verirki, “İrəli” İctimai Birliyi gənclərin sosial sahədə fəallığının, beynəlxalq layihələrdə iştirakla bağlı təcrübələrinin artırılması,onların beynəlxalq proqramlar, layihələr haqqında daha geniş məlumat əldə etməsi üçün beynəlxalq qurumlarla  uğurlu əməkdaşlıqlar yaradır.

Birliyin  Türkiyənin “FuturEurope” təşkilatı ilə tərəfdaşlığı nəticəsində gənc fəalları, birliyə üzv olan gənclər davamlı olaraq Türkiyənin Trabzon şəhərində keçirilən mübadilə proqramında(Revival of Cultural Arts )iştirak edir.

Layihənin mövzusu müasirləşən dünyada qədim incəsənət mədəniyyəti  nümunlərinin öz tarixiliyini qoruyub saxlamasına dəstək olmaq,qədim bir tarixə dayanan yorğançılıq, xalçaçılıq, dulusçuluq, zərgərlik kimi əmək nümunələrinin yaddan çıxmaması, bu sənətlərin müasir dövrdə də yaşamasına nail olmaqdır. Layihə çərçivəsində yerli nümayəndələr ilə görüşlər, müvafiq mövzuda seminarlar, diskusiyalar, ekskursiyalar təşkil olunub.

“İrəli” İctimai Birliyinin beynəlxalq tərəfdaşlığının uğuru olan layihədə Birliyinin gənc fəalları Azərbaycanın mədəniyyət gecəsi zamanı milli rəqslərimizi, milli mətbəximizi, mədəniyyətimizi layihə iştirakçılarına təqdim etməklə yanaşı,  tariximizi əks etdirən suvinerlər də hədiyyə ediblər. Mübadilə proqramında 5 ölkə – Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan və Portuqaliyadan ümumilikdə 50-dən çox gənc iştirak edir.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin