Ç. Fev 19th, 2020

“Minnətli çörək vəd etmirəm”

Fevralın 9-da keçiriləcək parlament seçkisində 10 saylı Binəqədi dairəsindən deputatlığa namizəd olan siyasətçi, ictimai xadim Qorxmaz İbrahimli Novator.az-a açıqlama verib. O deyib ki, dairənin əhatə etdiyi ərazilərdəki problemlərdən xəbərdardır: “Sakinlərin əsas sıxıntılarının nələr olduğunu və onların həlli yollarını bilirəm. Mən seçiciyə minnətli çörək vəd etmirəm – seçicinin çörək üçün kimsəyə möhtac olmaması uğrunda bütün imkanlarını səfərbər edəcəyimə söz verirəm. Haqqı olanı haqq sahibinə minnətlə verməyə heç kimin haqqı çatmır. Haqq, qərar, seçim seçicinindir”.

İbrahimli Qorxmaz Əbülfəz oğlu 1965-ci ildə Şahbuz rayonunun Nursu kəndində doğulub. Bakı Dövlət Universitetini bitirib. 1988-ci ildən xalq hərəkatının öncül şəxslərindən olub.

Tələbə ikən könüllü şəkildə təhsilini dayandırıb Qarabağ müharibəsinə qatılıb.

1992-1993-cü illərdə mühüm dövlət vəzifəsi tutub. Sonralar özəl sektorda çalışıb, eyni zamanda AXCP üzvü kimi siyasi fəaliyyət göstərib.

Bir neçə QHT-nin yaradıcısı və sədridir. İctimai sektorda yeni formalardan olan “A” QHT Klubunun təsisçilərindəndir. Milli QHT Forumunun İdarə Heyətinin sədridir.

2008-ci ildə yaradılmış Aydınlar Partiyası sədrinin birinci müavinidir.

Paylaş:

mersin escort bayan mersin escort