Ç. Fev 19th, 2020

Azərbaycanda yaxın vaxtlarda güclü zəlzələ ola bilərmi? – Açıqlama + VİDEO

Qonşu Türkiyənin Elazığ vilayətində baş vermiş zəlzələ Azərbaycanda da təşviş yaradıb. İndi bir çoxlarını “Azərbaycanda da belə bir gücdə zəlzələ baş verə bilərmi” sualı maraqlandırır.

Bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli açıqlama verib.

Turkustan.info xəbər verir ki, Qurban Yetirmişli deyib ki, Azərbaycanda yaxın vaxtlarda Elazığda qeydə alınmış zəlzələ gücündə yeraltı təkanların baş verməsi gözlənilmir.

Qurban Yetirmişli həmçinin bildirib ki, zəlzələ nəticəsində tələfatın az və ya çox olması birbaşa binaların keyfiyyətindən asılıdır. Bu səbəbdən zəlzələyə hazırlıq dedikdə, həm də binaların keyfiyyəti nəzərdə tutulur.

O ki qaldı zəlzələdən daha az tələfatla çıxmağa, bunun bir yolu da maariflənməkdir. Vətəndaşlar zəlzələ haqqında məlumatlı olmalı və hadisə baş verən anda həyəcanlanmamalıdırlar. Çünki təşviş və həyəcan daha böyük fəsadlara və itkilərə yol aça bilər.

Xezerxeber.az-in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:

Paylaş:

mersin escort bayan mersin escort