Ca. Fev 20th, 2020

Naftalanda turistlərin rahatlığını təmin etmək üçün ödənişsiz nəqliyyat xidməti fəaliyyətə başlayıb – VİDEO

Son illərdə Naftalandakı sanatoriyalarda dincəlmək, Naftalan neftinin möcüzəvi şəfaverici xüsusiyyəti sayəsində sağlamlıqlarını bərpa etmək istəyən xarici turistlərin həm sayı artır, həm də coğrafiyası genişlənir. Keçən il Naftalan rekord həddə – 61 ölkədən 40 min turist qəbul edib.

Turkustan.info AZƏRTAC-a istinadən xəbər verir ki, şəhərdəki istirahət-sağlamlıq mərkəzlərini seçən turistlərin rahat gəliş-gedişini təmin etmək və məmnunluğunu daha da artırmaq məqsədilə Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Naftalan Müalicə və Sağlamlıq Mərkəzinin dəstəyi ilə yeni xidmət fəaliyyətə başlayıb.

Belə ki, Naftalan-Goran dəmiryolu stansiyası-Naftalan istiqamətində müasir tələblərə cavab verən “Toyota” markalı sərnişin avtobusu istifadəyə verilib.

Turistlərin bu istiqamətdə mikroavtobuslarla daşınması “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkət cədvəlinə, sürət qatarının Goran stansiyasına çatma vaxtına uyğun olaraq, həftənin hər günü və ödənişsiz qaydada həyata keçiriləcək.

Gələcəkdə bu xidmətdən istifadəyə tələbat artarsa, həmin marşrut xətti üzrə nəqliyyat vasitələrinin sayı da artırılacaq.

Bu marşrutun açılmasının əsas səbələrindən biri də Bakı-Gəncə-Bakı yeni sürətli sərnişin qatarının istifadəyə verilməsi və bu qatardan istifadə edərək Naftalana gələn yerli və xarici turistlərin sayında artımın müşahidə olunmasıdır.

Yeni xidmətdən məmnunluqlarını ifadə edən rusiyalı turistlər öz fikirlərini AZƏRTAC-la bölüşüblər.

Kazandan gələn turist Milyoşa Mulyikova: Üç ildir ki, Naftalanda istirahət edirəm. Ötən illərdə bu şəhərdən xoş xatirələrlə qayıtmışam. Xoş niyyətli insanlar bu il bizim işimizi daha da asanlaşdırıblar. Naftalandan dəmir yolu vağzalınadək ödənişsiz nəqliyyatın istifadəyə verilməsi sevindirici haldır. Bu cür təşəbbüslər biz turistləri məmnun edir. Ona görə də təşəkkürümü bildirirəm.

Novorossiysk sakini Oleq Snesırıv: Naftalana müalicə məqsədilə gəlmişəm. Əvvəlcə Bakıya, oradan isə qatarla Gorana və daha sonra bu şəhərə gəldim. Qatarlarınız müasirdi, xidmətin səviyyəsi də yüksəkdi. İndi də ödənişsiz yeni marşrut xəttindən istifadə edirik. Çox sevindim. Həm yeni avtobusda, həm də yeni qatarlarda yüksək səviyyəli şərait var. Qonaqpərvər şəhər, gülərüz insanlar, dadlı və ləziz mətbəx, effektiv müalicə, bir sözlə, əsl istirahət. Hamını bu şəhərə istirahətə dəvət edirəm.

Digər turist, Novosibirskdən olan Aleksandr Kruqlikov: Hər il bu şəhərə istirahətə gəlirəm. Bununla 6-cı dəfədir ki, Naftalanda neft vannası qəbul edirəm. Xatırlayıram ki, əvvəlki illərdə bura gələrkən vağzalda nəqliyyat tapmaqda müəyyən çətinlik çəkirdik. İndi isə yeni xidmət fəaliyyətə başlayır. Bu xidmət bütün turistləri sevindirir.

 

 

Paylaş:

mersin escort bayan mersin escort