06 İyul 2020 07:29

Fotoqrafı intihara sürükləyən məşhur fotonun TARİXÇƏSİ

Cənubi afrikalı fotojurnalist Kevin Karterin çəkdiyi “Leşyeyən və kiçik qız” fotosu dünyada ən çox səs-küyə səbəb olmuş şəkillərdən biri, bəlkə də birincisidir.

O, bu fotoya görə 1994-cü ildə nüfuzlu “Pulitzer” mükafatını qazandı. Lakin “Qəddar paparazzi” damğası vurulan fotoqraf  ittihamlara dözə bilmədi və intihar edərək, həyatına son qoydu.

Turkustan.info modern.az-a istinadən həmin fotonun tarixçəsini və qızcığazın sonrakı taleyini təqdim edir:

Dörd cəsur fotoqrafdan ibarət “Bang-Bang Klubu”nun üzvü Kevin Karter 1993-cü ildə ölkəni bürüyən aclığı çəkmək üçün Sudana gedir.

Ayod kəndində foto çəkməkdən əldən düşmüş halda açıq kolluqlara doğru yönəlir, inilti səsi eşidir və bir dəri-bir sümük qalan, yeni yeriməyə başlayan uşağın yerə yıxılıb, qaldığını görür. Balaca qızın fotolarını çəkərkən kök bir leşyeyən uşağın yaxınlığına enir. Xəstəlik səbəbindən qurbanlara toxunmamaları ilə bağlı xəbərdarlıq aldıqları üçün Karter kömək etmək əvəzinə, hiyləgərcə uşağı izləyən quşun uçub getməsi ümidi ilə 20 dəqiqə gözləyir. Amma leşyeyən getmir və Karter onu qorxudub, qaçırır, uşağın mərkəzə doğru gedişini izləyir. Daha sonra isə siqaret yandırır, tanrı ilə “danışır” və ağlayır.

“New York Times” fotonu yayımladıqdan sonra oxucular uşağın sonrakı aqibətini öyrənmək istədilər və Kevin Karteri balaca qıza kömək etmədiyi üçün tənqid etdilər. Bu məsələ qısa müddətdə fotoqrafların yardıma ehtiyacı olan şəxsləri çəkən zaman müdaxilə edib-etməmələri ilə bağlı müzakirələrə səbəb oldu. Kevin Karter “Pulitzer” mükafatını aldıqdan 3 ay sonra 1994-cü il iyulun 27-də intihar etdi. O avtomobilində dəm qazı ilə boğularaq 33 yaşında həyatdan köçdü.

İllər sonra aparılan araşdırma leşyeyənin qurbanı olduğu ehtimal edilən uşağın sağ qaldığını üzə çıxardı.

Hər kəsin uzun illər qız zənn etdiyi uşağın əslində  oğlan olduğu və Nyonq Konq adı daşıdığı məlum olub. Yaxınları Nyon Konqun 2008-ci ildə xəstəlikdən keçindiyini açıqlayıblar.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin