Ça. Fev 25th, 2020

Koronavirusla bağlı yaradılan palatalar boşdur? – “Şübhəli xəstəmiz yoxdur” – BAŞ İNFEKSİONİST

Çində koronavirusa yoluxanların və ölənlərin sayı durmadan artır.

Yerli mətbuatın məlumatına görə, artıq 130-dan çox insan virusun qurban olub. Virusa yoluxanların sayı isə 5000 mindən çoxdur. Artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsinə başlanıb. Epidemiyanın Azərbaycana daxil olmasının qarşısının alınması üçün sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilib.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin tapşırığı ilə epidemiyanın ölkəmizə daxil olmasının qarşısının alınması üçün tədbirlər planının müzakirə olunduğu müşavirə keçirilib və müvafiq qurumlara bu barədə tapşırıqlar verilib.

Rəsmi qurumların bildirdiyinə görə, epidemiya zonasından ölkəyə gələn bütün şəxslər mütləq şəkildə ciddi tibbi müayinədən keçirilir.

Səhiyyə ocaqlarında “qaynar xətt” yaradılıb. Eyni zamanda, Ağciyər Xəstəlikləri İnstitutunda ağır xəstələr üçün xüsusi palatalar yaradılıb. Səhiyyə Nazirliyinin Baş infeksionisti Cəlal İsayev Cebhe.info-ya açıqlamasında deyib ki, Çindən koronovirusun Azərbaycana daxil olması ehtimalının çox aşağı olmasına baxmayaraq, ciddi tədbirlər görülür:

“Hazırda ölkəmizdə respirator-virus infeksiyalarının yayılmasında bir qədər azalma müşahidə olunur. Əslində, bu il respirator viruslarla bağlı vəziyyət ötən ildən fərqli olaraq aşağı idi. İrəlidə bir ayımız qalır ki, mövsümü xəstəliyin sönməsi baş versin. Vəziyyət stabilləşib. Ağciyər Xəstəlikləri İnstitutunda yaradılan xüsusi palatalar hazırda boşdur. Adi infeksion durumla bağlı bizim şöbəyə müraciət edənlər var. O palatalar ağır xəstələr üçün nəzərdə tutulub. Hələlik ağırlaşma yoxdur. Amma bununla belə klinikalarda, hətta rayon xəstəxanalarında da bu cür palatalar yaradılıb”.

Nazirlik rəsmisi əlavə edib ki, gömrük-sərhəd buraxılış məntəqələrində də xüsusi otaqlar yaradılıb:

“Xaricdən Azərbaycana gələnlər müayinə edilir. Əgər bir şübhə olarsa, 103 xidmətinə zəng olunur, analiz üçün nümunə götürülür və Təhlükəli Viruslarla Mübarizə Mərkəzinə göndərilir. Bu günə heç bir şübhəli xəstəmiz yoxdur. Bizi əsas maraqlandıran xaricdən gələnlərdir. Nəinki Çindən, bütün regionlardan gələn insanlar yoxlanılır”.

Paylaş:

mersin escort bayan mersin escort