25 May 2020 17:37

Koronavirusdan qorunmaq üçün qeyri-adi üsul – Prezident tapşırıq verdi

Türkmənistan hakimiyyəti koronavirusla bağlı heç nə danışmır, amma ölkədə profilaktik tədbirlər aparılır.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Türkmənistanın Marı şəhərində məktəblər, uşaq bağçaları və xəstəxanalarda dezinfeksiya işləri aparılır, o cümlədən dəvətikanı bitkisi yandırılaraq tüstüsü ətrafa yayılır.

Şəhərdə danışırlar ki, ta qədimlərdə türkmənlər arasında epidemiyaya qarşı dəvətikanı yandırılır və tüstüsü ətrafa yayılırdı.

Qeyd edək ki, regional sanitariya-epidemiologiya mərkəzində bununla bağlı xüsusi qrup da yaradılıb.

Rəsmi Türkmənistan mediası da Çin koronavirusundan bəhs etmir, baxmayaraq ki, türkmənlər epidemiyadan xəbərdardır. Eyni zamanda, xəstəxanalardakı rabitə də çətinləşib. Çünki tibb işçiləri yeni əmrə əsasən cib telefonlarını baş həkimə təhvil verirlər.

Dəvətikanı tüstüsü otaqları dezinfeksiya etmək üçün ən təsirli vasitədir. Türkmənistan prezidentinin tərtib etdiyi ensiklopediyanın 11-ci cildində bu barədə geniş danışılır.

Ümumiyyətlə, həmin cilddə yazılıb ki, dərman olmadıqda, otlar bir çox digər xəstəliklərin müalicəsində geniş istifadə olunur. Bununla yanaşı, köpək yağı və it əti ağciyər xəstəliklərini müalicə etmək üçün tibbdə istifadə olunur.

Paylaş:

mersin escort bayan mersin escort