29 Oktyabr 2020 14:11

Rusiya və NATO yenə Bakıda görüşür — Baş Qərargah rəisi və Alyansın Baş komandanı Azərbaycana gəlir

Gələn həftə Bakıda Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı general Tod Uoltersin görüşü olacaq.

Bu barədə Rusiyanın “Kommersant” qəzeti NATO-nun Brüsseldə mənzil-qərargahındakı mənbələrə istinadən xəbər verib.

Müzakirə olunacaq mövzular arasında bu il Rusiya və NATO ölkələrində hazırlanan hərbi təlimlər, həmçinin Suriya və Əfqanıstan ətrafındakı vəziyyət də var.

Rəsmi mənbələr hələ görüşlə bağlı məlumat yaymayıb.

İki hərbçinin əvvəlki görüşü 10 iyul 2019-cu ildə olub. O görüş də Bakıda keçirilib. Rusiya Müdafiə Nazirliyinin o vaxt verdiyi məlumata görə, Valeri Gerasimov və Tod Uolters Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması üçün mümkün tədbirləri müzakirə edib, Avropa və qlobal təhlükəsizlik sahəsində vəziyyət, habelə hərbi ekspertlərin dialoqunun bərpası perspektivləri barədə fikir mübadiləsi aparıblar. Bundan əlavə, terrorizm və dəniz piratçılığı ilə mübarizə, Əfqanıstan və Suriyadakı vəziyyətlə bağlı məsələlərə toxunulub.

Ötən ilin dekabrında Tod Uolters jurnalistlərə deyib: “Gerasimovla əvvəlki söhbətimiz çox konstruktiv oldu və mən 2020-ci ilin əvvəlində baş tutacaq növbəti söhbəti səbirsizliklə gözləyirəm”. O açıqlama verib ki, belə görüşlərdə həm Avropada, həm də qlobal miqyasda hava, dəniz, kosmos, kiberməkanda münaqişələrin aradan qaldırılması ilə bağlı problemlər müzakirə olunur.   /Cebhe.info/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri