C. Apr 10th, 2020

Ceyhun Məmmədov növbəti izdihamlı görüşünü Sabirabadda keçirdi – FOTOLAR

Yeni Azərbaycan Partiyasının 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov fevralın 3-də seçki kampaniyası çərçivəsində Sabirabadda məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərin evində olub, onlarla həyətlərdə söhbətlər edib, seçki platforması haqqında məlumat verib.

Turkustan.info xəbər verir ki, Ceyhun Valeh oğlu Məmmədov evlərə ziyarət zamanı Qarabağ Müharibəsində şəhid olan Rüstəmov Mədəd Mürşüd oğlunun ailəsini ziyarət ediblər.

Daha sonra YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimov, Avrasiya Universitetinin dosenti Əjdər Yunusov, Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadənin iştirakı ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yoldan bəhs edərək, xalqa, vətənə, dövlətçiliyə xidmət edən Partiyanın Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslandığını diqqətə çatdırıb.

Arif Fərzəliyev Yeni Azərbaycan Partiyasının ölkənin ictimai- siyasi həyatındakı uğurları barədə məlumat verərək, qarşıdan gələn parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd edib. YAP-ın bu seçkilərə “Daha güclü Azərbaycan naminə” şüarı ilə qatıldığını qeyd edən Arif Fərzəliyev partiyanın irəli sürdüyü namizədlərin ən layiqli namizədlər olduğunu diqqətə çatdırıb.

Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə məlumat verib. O, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında mühüm xidmətlərini vurğulayaraq, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsi nəticəsində ölkəmizdə stabillik və əmin-amanlıq yaradıldığını qeyd edib. Bildirib ki, bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və həyata keçirilən islahatlar nəticəsində, dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub.

Daha sonra Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimov, Avrasiya Universitetinin dosenti Əjdər Yunusov, Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu bildiriblər. Onlar görüş iştirakçılarına deputatlığa namizəd Ceyhun Məmmədov haqqında geniş məlumat verərək, onun fəaliyyətini yüksək qiymətləndiriblər. Seçiciləri fevralın 9-da fəal olmağa, layiqli namizədə səs verməyə çağırıblar.

Görüşün sonunda seçicilər onları maraqlandıran sualları deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədova ünvanlayıblar.

Paylaş:

mersin escort bayan mersin escort