Ça. Fev 18th, 2020

Dünya daha bir epidemiya ilə QARŞI-QARŞIYA – Yeni xəstəlik yayılır

Dünya Çindən yayılan koronavirus epidemiyası ilə mübarizəyə qoşularkən Cənubi Amerika ölkələri danq qızdırması ilə savaşır.

Turkustan.info xəbər verir ki, Paraqvay Səhiyyə Nazirliyi bu xəstəlikdən 14 nəfərin dünyasını dəyişdiyini açıqlayıb.

Kolumbiyada isə 23 nəfər qızdırmanın qurbanı olub. Səhiyyə naziri Xulio Mazzoleni mediada çox sayda şübhəli ölüm xəbərlərinin dərc edildiyini bildirib. Nazir 14 min 500 nəfərə xəstəlik diaqnozu qoyulması, 2 min 600-dən çox insanın danq qızdırmasından əziyyət çəkməsi faktını təsdiqləyib.

Xəstələrin əksəriyyəti 60 yaşdan yuxarıdır. Bir çoxunda diabet və yüksək təzyiq kimi problemlər var.

Qeyd edək ki, Kolumbiyada 23 nəfərin danq qızdırmasından öldüyü, 12 min 217 nəfərin isə bu epidemiyaya yoluxduğu bildirilir.

Epidemiyanın yayılmasına səbəb kimi təmiz su çatışmazlığı göstərilir.  /Publika.az/

Paylaş:

mersin escort bayan mersin escort