C. Fev 21st, 2020

İstanbulda sərnişin təyyarəsi qəzaya uğradı, onlarla yaralı var – FOTO+VİDEO

İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 52 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Turkustan.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya məlumat verib.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.


*** 19:57

Türkiyədə sərnişin təyyarəsi qəzaya uğrayıb.

Turkustan.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, “Pegasus” aviaşirkətinə məxsus “Boeing 738” layneri Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxıb.

Belə ki, İzmir-İstanbul aviareysini həyata keçirən təyyarə sürüşərək dərəyə aşıb və üç hissəyə parçalanıb. Bundan sonra laynerdə yanğın başlayıb, yanğınsöndürənlər alovu söndürməyə nail olublar. Sərnişinlər təyyarədən təxliyə edilib.

Qəza səbəbindən Sabiha Gökçen hava limanı bağlanıb, bütün uçuşlar İstanbul hava limanına yönləndirilib.

Türkiyə Nəqliyyat Nazirliyi təyyarədə 171 sərnişin və 6 ekipaj üzvünün olduğunu, heç bir tələfat qeydə alınmadığını açıqlayıb.

Faktla bağlı araşdırma aparılır.  /Report/

 

Paylaş:

mersin escort bayan mersin escort