Ça. Fev 25th, 2020

Kolumbiyada Azərbaycanlı rejissorun növbəti uğuru

“Şollerin arxivi” bədii filmi Kolumbiya CINEMA LAB 2020 film festivalına yarı-finalçı kimi seçilib. Film “Ən yaxşı bədii film” kateqoriyası üzrə birincilik uğrunda yarışacaq. Kolumbiyanın CINEMA LAB 2020 film festivalı qalib olan filmləri dünya bazarında yerləşdirmək və satmaq ilə məşğuldur.

Bu barədə filmlərin ssenari müəllifi və quruluşçu rejissoru Cəlaləddin Qasımov məlumat verib:

“Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. son bir ildə 101-ci mükafatı qazanıb. Bu bizim uğurumuz deyil, Azərbaycanın uğurudur, Azərbaycan mədəniyyətinin uğurudur.. Düşünürəm ki, hər bir yaradıcı insan qismən də olsa ölkəmizin təbliği işinə töhfə verməlidir.”

Bu filmi Azərbaycan ilə Avropa arasındakı mədəni əlaqələrdə çox mühüm yeri olan bir sənət əsəri kimi dəyərləndirən rejissor deyib: “Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkdik və istəyimizə də nail oluruq. Çəkdiyim filmlər dünya film bazarında özünə layiqli yet tutdu. Dünya mediasında bu ekran əsəri barədə geniş məlumatlar yazıldı. Dövlət dəstəyi olsa biz daha da böyük uğurlar əldə edə bilərik, mədəniyyətimizi daha geniş şəkildə dünyaya tanıdarıq”,- deyə C.Qasımov vurğulayıb.

Cəlaləddin Qasımov deyib ki, “Şollerin arxivi” filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

 

Paylaş:

mersin escort bayan mersin escort