C. Fev 21st, 2020

Türkiyədə qar uçqunu: Prezidentin müşaviri qar altında qaldı, 13 nəfər öldü

Türkiyədə qar uçqunu altında qalan daha 8 nəfər ölüb və ölənlərin sayı 13-ə çatıb.

“Hürriyet” xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Süleyman Soylu
Süleyman Soylu

Hadisə Van-Bağçasaray yolunun 33 kilometrliyində baş verib. Qar sərnişinlə dolu olan mikroavtobusun üzərinə uçub. Xilasetmə işləri zamanı ikinci qar uçqunu olub.

“İndiyə qədər 3-ü mühafizəçi, 3-ü mütəxəssis çavuş, biri gizir, biri də mülki vətəndaşımız olmaqla 8 nəfər uçqunun altında qalaraq ölüb”, – nazir deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Gülşən Orxan hadisə yerinə gedib. İkinci uçqun nəticəsində baş müşavir də qarın altında qalıb. O, yaralı vəziyyətdə xilas edilib və xəstəxanaya yerləşdirilib.

Gülşen Orhan
Gülşen Orhan

S.Soylu deyib ki, uçqun altında 10-15 nəfərin qaldığı güman edilir: “İndiyədək 30 nəfər xilas edilib, axtarış-xilasetmə işləri davam edir”.

Hazırda Vanda hava küləksiz və qarsız olsa da, sabah qar yağacağı gözlənilir. 1 dərəcə civarında olan temperaturun mənfi 5 dərəcəyə düşəcəyi gözlənilir.

Qeyd edək ki, hadisə fevralın 4-ü axşam saatlarında qeydə alınıb. Həmin gün qar altından 5 nəfərin meyiti çıxarılmışdı. 6 nəfər isə sağ qurtarılmışdı.(report)

Paylaş:

mersin escort bayan mersin escort