30 May 2020 12:58

Alış-veriş zamanı verilən çeklərə toxunmayın! – Sonsuzluğa və xərçəngə səbəb olur

Türkiyə Qadın Sağlamlığı Dərnəyinin rəhbəri, fitoterapiya üzrə mütəxəssis Buğra Buyrukçu istehlakçılara tərkibində insan sağlamlığına zərərli “Bisfenol-A” maddəsi olan məhsullar barədə xəbərdarlıq edib.

Turkustan.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, B.Buyrukçu bu təhlükəli maddənin ən çox alış-veriş zamanı istehlakçıya təqdim edilən çeklərin və bankomatlardakı əməliyyatlardan sonra verilən qəbzlərin tərkibində olduğunu bildirib.

Mütəxəssisin sözlərinə görə, bu çeklərə çılpaq əllə toxunmaq olmaz. Belə ki, “Bisfenol-A” qadınlarda yumurtalıqların həcmini azaldır, sonsuzluğa, erkən klimaksa və digər problemlərə səbəb olur. Hamilə qadın bu maddə ilə təmas etdikdə onu bətnindəki uşaq da təhlükə ilə üzləşir. Çünki “Bisfenol-A” ana bətnindəki uşağın sinir sisteminin inkişafına mane olur.

B.Buyrukçunun sözlərinə görə, ölüm saçan bu maddə bir çox plastik oyuncaqların, əmziklərin və qabların da tərkibində var.   /Yeni Sabah/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri