Be. Fev 17th, 2020

ADAU-da elmi-praktiki seminar keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Qlobal iqlim dəyişməsi şəraitində otlaq və payızlıq əkinlərdə torpağın bəzi fiziki-kimyəvi göstəricilərinin qiymətləndirilməsi” mövzusunda elmi-praktiki seminar keçirilib.

Aqronomluq fakültəsinin profressor-müəllim heyətinin və fermerlərin iştirakı ilə keçirilən görüşdə çıxış edərək universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, qlobal iqlim dəyişmələri bu gün dünyanı narahat edən əsas problemlərdən biridir və bu problem ölkəmizdə də  təsirsiz ötüşmür.

Ekologiya və meşəçilik kafedrasının müdiri, professor Zakir İbrahimov və bitkiçilik və bitki mühafizəsi kafedrasının baş müəllimi Sahil Quliyev müxtəlif qruplarla ayrı-ayrı bölgələrdə əkin sahələrində və otlaqlarda apardıqları müşahidə və təcrübələr haqqında çıxışlar etdilər.

Sonra fermerlər çıxış edərək öz fikirlərini bildiriblər. Sonda seminar mövzu ətrafında müzakirələrlə yekunlaşıb.

Paylaş: