Ça. Fev 18th, 2020

Ölümcül virusa qarşı opera müalicəsi: Yeni dalğa gəlir

Çində koronavirusa yoluxma ilə bağlı 31 min fakt qeydə alınıb.

Turkustan.info xəbər verir ki, ölü sayı artıq 636-ya çatıb. Bir çox ölkələr vətəndaşlarını Çindən təxliyə edir. Qoruyucu peyvənin hazırlanmasına milyardlarla dollar xərclənir.

Pekində qış adətən qarsız keçsə də, bu dəfə əksinə olub. Xəstəliyin yaratdığı problemlərə qar da əlavə olunub. Mənfi hava temperaturu xəstəliklərin yayılmasını sürətləndirir. Poliklinikalar yeni xəstəlik dalğasına hazırlaşır. Gecə saatlarında dövlət laboratoriyasının müdiri Uhana gedib və orada həmkarlarıyla məsləhətləşmələr keçirib: “Hər bir göstərici diqqətə alınmalıdır. Xəstələr dərhal reanimasiyaya yerləşdirilməlidir”.

Uhan klinikalarında koronavirusun aradan qaldırılması üçün müxtəlif preparatlardan istifadə edilir. Bu barədə kliniki göstəricilər yoxdur, ancaq bu dərmanlardan biri malyariya, ikincisi isə atipik pnevmoniyada istifadə olunub.

Əhali özü də özünü qorumaq üçün müxtəlif yollar axtarır. Məsələn, hündürmərtəbəli binalarda liftin düyməsindən də virusun yayılma ehtimalını nəzərə alan sakinlər müxtəli qorunma vasitələri tapıb. Liftə girməmək ən çox yayılan qiruma vasitəsidir. Maska tapmaq mümkün deyil, bir çoxu ağzına şərf dolayıb. Ancaq bu da çox təsir etməyəndə insanlar qorunmaqdan yorulurlar. İndi Uhan küçələrində ağzında maskasız, şərfsiz gəzənləri görmək mümkündür.

Xəstəliklə bağlı maarifləndirmə tədbirlərinə artıq Pekin operası da qatılıb. Küçələrdə qoyulan səsgücləndiricilərdə təkcə virusla bağlı xəbərdarlıq edilmir, hətta oxuyurlar da. Görünür, “Əllərinizi tez-tez yuyun”, “Dostlarınızla kütləvi nahar və şam yeməklərindən imtina edin”, “Mümkün qədər küçəyə çıxmayın” xəbərdarlığı ilə yanaşı Pekin oprasının ifaları ilə də xəstəliyin qarşısını almaqda insanlarda yüksək həval-ruhiyyə yaratmağa çalışırlar.  /Cebhe.info/

Paylaş:

mersin escort bayan mersin escort