25 May 2020 17:12

Pərvin Kərimzadənin seçicilərlə görüşləri davam edir – FOTO+VİDEO

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Pərvin Kərimzadənin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşü keçirilib.

Trend-in məlumatına görə, görüşdə deputatlığa namizəd Pərvin Kərimzadə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlara, qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasına nəzər salıb. Ölkədə həyata keçirilən inkişaf siyasəti, aparılan dərin məzmunlu islahatlar haqqında ətraflı məlumat verərək, bu uğurların davamlı olması üçün, daha güclü Azərbaycan naminə seçiciləri 9 fevral parlament seçkilərində fəal olmağa, ən əsası Yeni Azərbaycan Partiyasının namizədlərinə namizədlərə dəstək olmağa çağırıb.

Görüşdə çıxış edənlər dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və sistemli islahatların, uğurlu daxili və xarici siyasətin nəticəsində ölkəmizin tərəqqisindən inkişafından danışıblar. Onlar Prezident İlham Əliyevin inkişaf siyasətini dəstəklədiklərini, qarşıdan gələn seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.

Daha sonra görüş diskusiya şəkilində davam etdirilib.

Pərvin Kərimzadənin seçicilərlə görüşləri davam edir (FOTO/VİDEO) - Gallery Image

Pərvin Kərimzadənin seçicilərlə görüşləri davam edir (FOTO/VİDEO) - Gallery Image

Pərvin Kərimzadənin seçicilərlə görüşləri davam edir (FOTO/VİDEO) - Gallery Image

Paylaş:

mersin escort bayan mersin escort