Ça. Fev 25th, 2020

Türkiyədə nəşr olunmuş “Vətənsiz çiçəklər“ romanında Dağlıq Qarabağdan, Xocalıdan da bəhs edilir

Fevralın 26-da ermənilər tərəfindən Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı faciəsinin 28-ci ildönümüdür. Hər il olduğu kimi bu il də istər Azərbaycanda, istərsə də xarici ölkələrdə faciə qurbanlarının xatirəsi anılacaq, bu məqsədlə müxtəlif tədbirlər keçiriləcək.
Elə bu günlərdə qardaş Türkiyədə, Dənizli şəhərində işıq üzü görən, Türk Egitim Vəqfi Anadolu Liseyinin tarix müəllimi Sədat Sərdaroğlunun müəllifi olduğu “Vətənsiz çiçəklər” romanında da soyqırımından bəhs edilir. Belə ki, bu il fevralın 5-də işıq üzü görən, ahıska türklərinin Ahıskadan başlayıb, Özbəkistana, ordan isə Azərbaycana uzanan taleyindən bəhs edilən romanda onların Dağlıq Qarabağa, Xocalıya yerləşməsi, sonra isə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yaşanan fəlakətlərin, insanlıq əleyhinə cinayətlərin, ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımının şahidinə çevrilmələri böyük ürək ağrısı ilə verilib.
Yeri gəlmişkən, Sədat Sərdaroğlunun belə bir roman yazması, orada Xocalı faciəsinə xüsusi yer ayırması heç də təsadüfi deyil. Belə ki, bir neçə il öncə məhz Sədat Sərdaroğlunun təşəbbüsü ilə Türk Egitim Vəqfi Anadolu Liseyinin şagirdlərindən ibarət “Xocalı çalışma qrupu” adlı dərnək yaradılıb.

Paylaş:

mersin escort bayan mersin escort