06 Avqust 2020 10:54

I ixtisas qrupunda 27 ixtisas ləğv edildi – SİYAHI

Azərbaycanda I ixtisas qrupunda 83 ixtisasdan 27 ixtisas ləğv edilib, 10 yeni ixtisas yaradılıb, 19 ixtisas əsasında 17 ixtisas formalaşdırılıb.
Turkustan.info
 xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Beləliklə, I ixtisas qrupunda Hidrogeologiya mühəndisliyi, Neft-qaz qurğuları mühəndisliyi, İstilik energetikası mühəndisliyi, Enerji maşınqayırması mühəndisliyi, Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi,  Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi, Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi, Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi, Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi, Texnoloji maşın və avadanlıqlar mühəndisliyi, Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi, Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi, Çoxişlənən malların texnologiyası mühəndisliyi, İstehlak mallarının ekspertizası və marketinqi,  Poliqrafiya mühəndisliyi, Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi, Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi,  Biotibbi texnologiya mühəndisliyi, Ekologiya mühəndisliyi,  Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri,  Xüsusi təyinatlı texnika və sistemlər, Kosmik texnologiyalar mühəndisliyi,  Kosmik texnika mühəndisliyi, Kosmik idarəetmə sistemləri mühəndisliyi, Geodeziya və xəritəçilik mühəndisliyi ixtisasları siyahıdan çıxarılıb.
I ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Aerokosmik mühəndislik, Aviasiya təhlükəsizliyi mühəndisliyi, Geomatika və geodeziya mühəndisliyi, Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, Kommunikasiya sistemləri mühəndisliyi, Mühəndis fizikası, Nəqliyyat mühəndisliyi, Radiotexnika və telekommunikasiya mühəndisliyi, Hərbi rabitə vasitələri mühəndisliyi, Sərhəd təhlükəsizliyi və idarəetmə yer alıb.
Materialşünaslıq mühəndisliyi, Geologiya mühəndisliyi, Geofizika mühəndisliyi, Dağ-mədən mühəndisliyi, Elektroenergetika mühəndisliyi, Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi, Cihazqayırma mühəndisliyi, Elektrik mühəndisliyi, Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi,  Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, Qida məhsulları mühəndisliyi, Zootexniklik, Balıqçılıq və balıqçılıq təsərrüfatı işi, Optotexnika, Pirotexniki vasitələrin texnologiyası, Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı, Silah və silah sistemlərinin istehsal texnologiyası, Yer quruluşu, torpaq və şəhər kadastrı, Sistem mühəndisliyi ixtisasları əsasında Materiallar mühəndisliyi, Geologiya və geofizika mühəndisliyi, Mədən mühəndisliyi, Energetika mühəndisliyi, Hava nəqliyyatının hərəkətinin təşkili, Cihaz mühəndisliyi,  Elektrik və elektronika mühəndisliyi, Meliorasiya mühəndisliyi, Qida mühəndisliyi, Zoomühəndislik,  Balıqçılıq, Optotexnika mühəndisliyi, Pirotexniki və partladıcı vasitələr mühəndisliyi, Hərbi kompozisiya materialları mühəndisliyi, Silah və silah sistemləri mühəndisliyi, Yerquruluşu və daşınmaz əmlakın kadastrı, Sistemlər mühəndisliyi ixtisasları formalaşdırılıb.
Beləliklə, son dəyişiklikdən sonra I ixtisas qrupuna aşağıdakı 64 ixtisas daxildir:
1. Fizika müəllimliyi
2. İnformatika müəllimliyi
3. Riyaziyyat müəllimliyi
4. Riyaziyyat və informatika müəllimliyi
5. Texnologiya müəllimliyi
6. Fizika
7. Geologiya
8. Kompüter elmləri
9. Mexanika
10. Riyaziyyat
11. Aerokosmik mühəndislik
12. Aqromühəndislik
13. Aviasiya təhlükəsizliyi mühəndisliyi
14. Cihaz mühəndisliyi
15. Dəniz naviqasiyası mühəndisliyi
16. Ekologiya mühəndisliyi
17. Elektrik və elektronika mühəndisliyi
18. Energetika mühəndisliyi
19. Gəmi energetik qurğularının istismarı mühəndisliyi
20. Gəmiqayırma və gəmi təmiri mühəndisliyi
21. Geologiya və geofizika mühəndisliyi
22. Geomatika və geodeziya mühəndisliyi
23. Hava nəqliyyatının hərəkətinin təşkili
24. Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
25. İnformasiya təhlükəsizliyi
26. İnformasiya texnologiyaları
27. İnşaat mühəndisliyi
28. Kimya mühəndisliyi
29. Kommunikasiya sistemləri mühəndisliyi
30. Kompüter mühəndisliyi
31. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
32. Maşın mühəndisliyi
33. Materiallar mühəndisliyi
34. Mədən mühəndisliyi
35. Meliorasiya mühəndisliyi
36. Memarlıq*
37. Metallurgiya mühəndisliyi
38. Mexanika mühəndisliyi
39. Mexatronika və robototexnika mühəndisliyi
40. Mühəndis fizikası
41. Neft- qaz mühəndisliyi
42. Nəqliyyat mühəndisliyi
43. Nəqliyyat tikintisi mühəndisliyi
44. Proseslərin avtomatlaşdırılması mühəndisliyi
45. Qida mühəndisliyi
46. Radiotexnika və telekommunikasiya mühəndisliyi
47. Şəhərsalma
48. Sənaye mühəndisliyi
49. Uçuş mühəndisliyi
50. Yanğın təhlükəsizliyi mühəndisliyi
51. Aqronomluq
52. Balıqçılıq
53. Meşəçilik
54. Şərabçılıq
55. Torpaqşünaslıq və aqrokimya
56. Yerquruluşu və daşınmaz əmlakın kadastrı
57. Zoomühəndislik
58. Hərbi kompozisiya materialları mühəndisliyi
59. Hərbi rabitə vasitələri mühəndisliyi
60. Optotexnika mühəndisliyi
61. Pirotexniki və partladıcı vasitələr mühəndisliyi
62. Sərhəd təhlükəsizliyi və idarəetmə
63. Silah və silah sistemləri mühəndisliyi
64. Sistemlər mühəndisliyi

/Yeniavaz.com/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin