Ca. Apr 9th, 2020

Rusiyada bütöv bir kəndin əhalisindən Putinə İLGİNC MÜRACİƏT: “Hamımızı güllələyin” – VİDEO

Rusiyada bütöv bir kəndin əhalisi ölümünə razılıq verib.

Tver vilayətində yerləşən Yeremokovo kəndinin sakinləri güllələnmələrini istəyirlər. Buna səbəb onların uzun illərdir ki, elektrik enerjisinə həsrət qalmasıdır. Sakinlərin dediyindən belə məlum olur ki, Yeremkovodakı işıq probleminin həlli ilə bağlı müraciətlərlə maraqlanan da olmayıb. Ona görə də yeremkovalılar qədim dövrlərdə olduğu kimi lampa işığında yaşamaqdan, odun doğramaqdan bezdiyi üçün ölümlərinə fərman verilməsini üstün tuturlar. Onlar güllələnmələri xahişilə Prezident Vladimir Putinə müraciət də ediblər. Kəndin əhalisi hökumətin onların problemlərinə biganə qalmasından yorulub. Kənddə çox vaxt elektrik olmur.

-Hava dəyişən kimi, işıqsız qalırıq. Yağışda işıqsız, küləkdə işıqsız…

Ən təəccüb doğuran məqam isə Yeremkovo kəndinin Kalininski Atom Elektrik Stansiyasının yaxınlığında yerləşməsidir. Kəndi AES-dən 13 kilometr məsafə ayırmasına baxmayaraq, stansiyadan Yeremkovaya enerji verilmir. Çarəsiz qalan sakinlər xeyli uzaqdan-Hovqorod vilayətindən elektrik xətti çəkmək məcburiyyətində qalıblar.

“İnişil biz yeni il qabağı düz iki həftə işıqsız qaldıq. Əlbəttə, bütün kənddə. Telefonlar kəsildi, rabitə yox, işıq yox. Bizim yeganə xilas yolumuz qədim kerosin lampasıdır”, – deyə Yeremkova sakini Vera Pivovarova bildirib.

Digər sakin Aleksandr Smirnov isə uşaqlıqda necə yaşayıbsa, yaşlandıqdan sonra təkrar həmin həyat tərzini sürür.

Elektrik enerjisinin olmaması səbəbindən nasos stansiyaları işləmir. Nəticədə sakinlər susuz qalır.

“Kəndimizdə hamının hamamı var. Ancaq hamamda çimmək üçün işıq lazımdır”, – Vera Privovarova belə deyir.

Yeremkova kəndində evləri odunla qızdırırlar.

“Bizim qazımızı Qərbi Avropaya çoxdan ixrac edirlər. Biz isə odun yandırırıq”, – deyə Aleksandr Smirnov paradoksal vəziyyətə etiraz edir.

“Düzünü deyim ki, kəndlilərin – yalnız bizim kəndimiz deyil – itirəcəkləri bir şey yoxdur. Gülləsinlər və basdırsınlar” – kənd sakinlərinin Prezident Putinə müraciətində bunlar yer alır.

“Əlbəttə, bu məktub bir ürəyin qışqırtısıdır. Nə mən, nə sakinlər, heç kim bunu arzulamaz. Biz düşünürdük ki, növbəti dəfə cavab gələcək. Biz on il yazdıq. İlk dəfə vəziyyət bələdiyyədən, bölgədən çıxdı. Yeremkovodakı vəziyyətlə bağlı xəbərlər kütləvi informasiya vasitələrində yayılandan sonra da burada vəziyyət dəyişmədi”, – deyə sakinlər bildirib.

“Mənim 70 yaşım var, mən yaxşı yaşamaq istəyirəm, mövcud olmaq yox, yaşamaq istəyirəm”, – deyən Vera Privovarovanın bu tələbini hələlik eşidən yoxdur. (cebhe.info)

 

Paylaş:

mersin escort bayan mersin escort