C. Apr 10th, 2020

Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləridir

Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri  keçirilir.

Turkustan.info xəbər verir ki, səsvermə bütün seçki məhkəmələrində səhər saat 08:00-da başlayıb, axşam saat 19:00-da başa çatacaq.

Parlament seçkiləri 125 dairəni əhatə edəcək və səsvermə 5573 məntəqədə aparılacaq. Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərarı ilə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap olunub.

Parlament seçkilərində iştirak edən 1314 namizəddən  246-sı siyasi partiyaların siyahıları ilə irəli sürülüb. Eyni zamanda namizədlərdən 1 057-i öz təşəbbüsü ilə, 11-i isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Namizədliyi qeydə alınanların 79 faizi kişi, 21 faizi qadınlardır.

Seçkini 77 790 yerli müşahidəçi izləyəcək. Onlardan 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Bundan başqa, seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib ki, onlar 58 ölkə vətəndaşlarıdır. Prosesi 132 beynəlxalq KİV təmsilçisi işıqlandıracaq.

Mərkəzi Seçki Komissiyasının  Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.  /Modern.az/

Paylaş:

mersin escort bayan mersin escort