10 Avqust 2020 02:29

“Kimləri seçməli”… Yaxud, Yusif Vəzirdən “bir kaç arkadaş sözü”

Türk dünyasının böyük ziyalısı, ömrü boyu milləti üçün çalışan və uğrunda fəda olan görkəmli alim-yazıçı, ictimai-siyasi xadim Yusif bəy Vəzirov –Yusif Vəzir Çəmənzəminlinin ötən əsrin əvvəllərində Krımda Ağməsciddə dərc olunan  “Millət” qəzetindəki silsilə məqalələri arasından “Kimləri saylamalı” adlı məqaləsini ilk dəfə müasir əlifbayla 2015-ci ildə “Türküstan” qəzeti ilə hörmətli oxuculara təqdim etmişdik.

Qeyd edək ki,məqalə Yusif Vəzir Çəmənzəminlinin nəşrə hazırladığımız və  bu il, inşallah, oxuculara təqdim ediləcək  “Millət üçün” kitabına da daxil edilib.Sabah ölkəmizdə Milli Məclisə seçkilər keçirilir.Namizədlər arasında tanıdığımız, dəyər verdiyimiz, xalqına, vətəninə hər zaman ləyaqətlə xidmət edən insanların olması qürurvericidir. Gələcək millət vəkillərimizə uğurlar arzulayaraq, böyük ziyalımızın yalnız Krım tatarları üçün deyil, hər bir millət üçün dəyərli olduğunu hesab etdiyimiz “Kimləri saylamalı” (Kimləri seçməli) adlı məqaləsini, ədibin öz sözləri ilə desək, “bir kaç arkadaş sözü”nü  bir əsrdən artıq zaman məsafəsindən bu günümüzə çatdırmağı özümüzə mənəvi borc bildik.

Dos.dr.Şəlalə Ana Hümmətli

Kimləri saylamalı

 Yeni parlamentomuza vəkillər saylamaq zamanı gəldi. Millət çalışıyor, maraqlanıyor. Hər yerdə cədvəllər çıxmada, təbliğatlar olmada…

Əcəba kimləri saylamalı? Bu suala cavab verməyi hər bir millət xadiminin müqəddəs borcudur, zənn ediyorum. Əvvəlcə parlamentoyu qısa bir tərif etməliyiz. Parlamento millət məclisi deməkdir. Bu məclisdə millətin vəkilləri toplanıb, millətin həyat və səadətini təminedici qanunlar çızırlar. Demək ki, vəkillər qanun nə olduğunu anlamalı və bu yolda çalışa bilməyə müqtədir olmalı. Qısası vəkilin bilgisi olmalı.

Hal-hazırda hər bir millət kəndi həyatını məmləkətinə müvafiq bir şəkildə qurmaq istədikdə Avropa elm və fünuniyləfaydalanıyor. Oranın üsuli idarəsini öyrəniyor, qanunları ilə tanış oluyor və topladığı bilgi və məlumatlarını kəndi ölkəsinə nəql ediyor. Lakin yalnız bir bilgi faidə verməz. Bu bilgiyi milli həyata uydurub, bağlamaq da var. Bunun üçün də milli həyatı, ənənəni milli və məhəlli şərtləri bilməli. Demək ki, vəkil Avropa elm və fünuniylə də aşina olmalı və milli həyatı da bilməli.

Bir çox adamlarımız var ki, Avropa təhsili görmüş. Lakin bu təhsil şəxsindən başqa kimsəyə faidə verməyir. Avropa bilgisi yalnız sənət şəklini alıb, para qazanmaq vasitəsi oluyor. Bunun səbəbi məzkur zatların məraqsızlığındandoğuyor: bunlar kəndi bilgi və təhsilləriylə bir parça da xalqı faydalandırmaqistəmiyorlar. Daha doğrusu, bacarmıyorlar. Bu nöqtəyi də nəzəri-etibarə alaraq, deməliyiz ki, vəkil məraqlı olmalı və milli işləri sevməli. Hər bir insanı məcbur edən yalnız məhəbbətdir. Bir şeyə qarşı istək olmazsa, o şey üçün insanda heç bir fəaliyyət doğamaz. Xalq işini seməyənlər xalqa faydalı olmayırlar.

Millət işi müqəddəs olduğu üçün, millət xadimləri də hüsni-niyyət ilə işə girişməlidirlər. Bir çox zatlar millət xadimi maskası altında kəndi istirahət və kəndi cibi yolunda çalışır. Böylə hərəkətlər milli işləri ləkələyir. Və millətin milli işə olan məhəbbətini yokediyor. Milli işin təmizliyi naminə, milli müvəffəqiyyətin təmini üçün millət vəkili namuslu və təmiz olmalı. Onun üçün nə keçmişində və hal-hazırında ləkəli səhifələr olmamalıdır. Açıq söyləmək icab edirsə, millət vəkili paraya tapınan və milli para aşırmağa mail olmamalı.

Birinci parlamentomuz çox qüsurlu idi. Millətin intelegentdenilənmünəvvər qismi orada yox idi. Onun üçün bütün parlamento işləri üç-dörd adam tərəfindən görülürdü. Millət önündə böyük məsuliyyəti də onlar daşıyırdı. Məbuslarınəksəri yalnız əl qaldırmaq ilə məşğul idi. Məbusların çoxu adi bilgidən belə məhrum idi. Parlamentoda məmləkətə dair məsələlər müzakirə olunduqda məbuslarəsniyordular, uyuyordular. Bu gülünc və yazıq mənzərələr meydana çıxmamaq üçün millətin münəvvər qismini saylamalıdır. Heç olmazsa, xitabət kürsüsünə çıxdıqda milləti utandırmasınlar.

Məclislərdə əl qaldırmaqdan başqa heç bir şeyə müqtədir olmayan əfəndilər bütün milli və siyasi məsələlərin həllinə yalnız qəhvəxanalar köşəsində girişiyorlar. Çünki məclisdə münaqişəyə girişmək cəsarəti bunlarda yoxdur. Halbuki millə işinə göndərilənlərdə böyük cəsarət olmalı. Bir adamın hərəkəti xoşuna getməz isə həmən söyləməyə və etiraz etməyə müqtədir olmalı. Məbus kimsədən qorxmamalı, cəsarətli olmalı, xatir saxlamamalı.

Krım tatarına məxsus bir yumşaqlıq var. Qüvvətli bir adam iradəsinə tabe olmaq hissi burada çox-çox görünüyor. Bu halın mənfi tərəfi budur ki, bir adam qüsurları, yanlışlarına və bəlkə nazlarına bütün millət qurban veriliyor. Bir ağıl nə qədər kəskin olsa, iki ağıl ondan da qüvvətlidir. Parlamentosaylavlarında bu əsası qəbul etməli və millət işinin həllini bir çox ağıllar müzakirəsinə tövsiyə etməli. Parlamentodan məqsəd xalqın rəy və arzusunu meydana çıxarıb, ona müvafiq iş görməkdir. Əgər məbuslarhissiyata qapılıb, gözəl nitqlər sayəsinə kəndi rəy və diləkləriniğayb edərlərsə, parlamento əsaslarını yıkmış olurlar. Onun üçün məbus əfəndi ayıq olmalı, hissiyyata qapılmamalı.

Milli tatar hərəkatının bir tarixi var. Bu hərəkat süni bir surətdə meydana çıxmadı. Doğduran tarixi səbəblər var. Milli axın təbii olduqda onu durduracak bir qüvvət olmamasına iman edənlərdəniz. Milli hərəkatımıza qarşı getməyə cəsarət edənlər də məyus olmasına inanıyoruz.

Milli hərəkatı qüvvətləndirən bir amil var. O da gənclikdir. Saylavlarda gənclik tərəfdarlarını meydana çıxarmalı. Gələcək bunlardan ibarətdir. Gələcək binasını qurmağa yalnız bunlar müqtədirlər. Qurultay qanuni-əsasını da doğduran gənclikdir.

Parlamentoməbusumühafizəpərvər olmamalı, hürrəndiş olmalı, qanuni-əsasiyə sadiq olmalı…

İştə, saylava girişən əfəndilərə bir kaçarkadaş sözü.

Yusif Vəzirov (“Millət”, 30 dekabr 1918, N186)

 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri