Ça. Apr 7th, 2020

İnanlımaz: Ana 3 il əvvəl ölən qızı ilə bu cür görüşdü – Video

Müasir kompüter texnologiyalarının köməyi ilə ölmüş adamı “diriltmək” mümkün olub.

Turkustan.info Qaynarinfo-ya istinadla xəbər verir ki, Cənubi Koreyada ölmüş bir şəxsin virtual reallıqda canlandırılması üçün inanılmaz təcrübə aparılıb.

Təcrübənin təşəbbüskarları VR texnologiyasından istifadə edərək koreyalı qadının üç il əvvəl vəfat etmiş qızı ilə görüşməsinə imkan yaradıb. Tərtibatçılar görüntünü və hətta qızın səsini inanılmaz dərəcədə və dəqiq şəkildə canlandırmağa nail olub. Layihənin quraşdırılması və dublyajı təxminən səkkiz ay çəkib. Bu işin ərsəyə gəlməsinə qızın video və foto arxivinin xeyli köməyi dəyib. Mütəxəssislər onun davranışını, vərdişlərini və jestlərini diqqətlə araşdırıblar.

Ölən qızı ilə görüşmək üçün qadına virtual reallıq dəbilqəsi və toxunuşu hiss etməyə imkan verən əlcək geyindirilib. Qadının reaksiyalarını müşahidə edərkən (videoya baxın) bu illüziyanın nə qədər qarışıq hisslər doğurduğunu başa düşmək olur.

Beləcə, virtual aləmdə olan koreyalı qadın qızını görə bilib, onunla söhbətləşib, parkda gəzintiyə çıxıb, hətta ad gününü də qeyd edib.

Paylaş:

mersin escort bayan mersin escort