Ça. Fev 25th, 2020

Türkiyədən Prezident Əliyevə seçki təbriki

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Rəcəb Tayyib Ərdoğan Azərbaycanda keçirilən parlament seçkilərində Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının qələbə qazanması münasibətilə dövlətimizin başçısını təbrik edib, yeni parlamentə fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə edib və yaxın zamanlarda yeni təmasların davam etdirilməsi haqqında qərara gəliblər.

Həmçinin, Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan Milli Məclisinə keçirilən seçkilərlə bağlı açıqlama yayıb.

Türkiyə XİN-in açıqlamasında deyilir ki, fevralın 9-da qardaş Azərbaycanda keçirilən parlament seçkilərinin uğurlu olmasını arzu edirik.

Açıqlamada seçkilərin bütün ölkə boyu sabit və demokratik şəraitdə keçirilməsi təqdirəlayiq hesab edilib: “Yeni Azərbaycan Partiyasının seçkilərdə qalib olması ilə əlaqədar partiyanın lideri, Prezident İlham Əliyev təbrik edirik”.

Türkiyə XİN Azərbaycanda aidiyyəti dairələrin seçkilərin demokratik və şəffaf keçirilməsi üçün əvvəlcədən göstərdikləri cəhdləri və xalqın seçki prosesində nümayiş etdirdiyi fəallığı yüksək dəyərləndirib.

Paylaş:

mersin escort bayan mersin escort