C. Apr 10th, 2020

Cəfər Cabbarlının heykəli niyə hasara alınıb? – AÇIQLAMA + FOTO

Bakı metrosunun “28 May” stansiyasının çıxışı – Cəfər Cabbarlının heykəlinin ətrafı hasara alınıb. Ərazidə təmir işlərin aparılır.

Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün Oxu.Az “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlayıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov cavab olaraq ərazidə görülən işlərin metropoliten əməkdaşları tərəfindən aparıldığını təsdiqləyib.

Onun sözlərinə görə, ərazinin hasara alınmasında məqsəd tunellərdə havalandırma məsələsinin daha da yaxşılaşdırılmasıdır:

“Ərazidə işlərin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətindən müvafiq icazə alınıb. İcazə əsasında metropoliten əməkdaşları tərəfindən “28 May” metrostansiyasının çıxışında yerləşən Cəfər Cabbarlı heykəlinin ətrafı hasarlanıb.

Görülən işlərin birinci səbəbi tunellərdə havalandırmanın keyfiyyətini daha da artırmaq, ikinci bir səbəb isə tunellərin konstruksiyasını ətraf mühitin təsirindən daha da yaxşı qorumaqdır. İşlər yekunlaşdıqdan sonra ərazinin estetik görünüşünə görə orada köşk qoyulacaq”.

Paylaş:

mersin escort bayan mersin escort