Ca. Apr 2nd, 2020

ADAU-nun rektoru Latviyada səfərdədir

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və Universitetin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin bir qrup əməkdaşı Latviya Təbiət Elmləri və Texnologiyaları universitetində səfərdədir.

Səfər zamanı əməkdaşlar Universitetin tədris təcrübə təsərrüfatında və baytarlıq klinikasının maddi-texniki bazası və imkanları ilə tanış olub, müvafiq dərslərdə iştirak edib və fikir mübadiləsi aparıblar.

Bu gün səfər çərçivəsində İbrahim Cəfərov və əməkdaşlar Universitetin rektoru, iqtisad elmləri doktoru, professor İrina Pilvere ilə görüşüblər. Görüş çərçivəsində rektorlar əməkdaşlıq imkanlarını müzakirə edib, Erasmus proqramı çərçivəsində tələbə, müəllim mübadiləsi və təcrübələrin bölüşdürülməsi istiqamətində razılıq əldə ediblər. Professor İrina Pilvere ADAU-ya səfərə dəvət olunub və dəvət razılıqla qarşılanıb.

Paylaş:

mersin escort bayan mersin escort