Ça. Fev 25th, 2020

Çin məhsullarına qadağa qiymət artımına səbəb olacaq?

“Bu həftədən Azərbaycanda koronavirusla bağlı beynəlxalq standartlara uyğun ekspertiza keçirilir”.

Turkustan.info xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, Azərbaycana idxal olunan istənilən heyvan və heyvan mənşəli məhsullar, diri heyvanların hamısında koronavirus tədqiq olunur və bu günədək heç bir şübhəli fakt aşkar olunmayıb.

AQTA sədri bildirib ki, Azərbaycana Çindən çox az miqdarda məhsul gətirilirdi: “Hesab edirəm ki, Çindən gətirilən qida məhsullarına qoyulan məhdudiyyət nə qida qıtlığına, nə də qiymət dəyişiminə səbəb olsun. Bundan öncə də Çindən Azərbaycana kütləvi şəkildə nə diri heyvanlar, nə heyvan mənşəli məhsullar, nə quş əti idxal olunub. Gətirilən məhsulların miqdarı Azərbaycanda qidalanmaya təsir edəcək qədər deyil. Onun qarşısının alınması bizdə hər hansı ərzaq təhlükəsizliyi faktının ortaya çıxmasına səbəb olsun”.   /Report/

Paylaş:

mersin escort bayan mersin escort