Şb. Apr 4th, 2020

Demokratiya dərsi verən ATƏT… – Aygün Attar

Demokratiyadan “dərs” verən ATƏT yumşaq bir tənqidə dözmədi.

Turkustan.info xəbər verir ki, bu sözləri azərbaycanlı professor Aygün Attar ATƏT-in onun akkreditasiyasını ləğv etməsi səbəblərini Şərq.az-a açıqlayarkən deyib.

A.Attar seçkilərdən sonra Türkiyəyə qayıtdığını bildirib:

“ATƏT/DTİHB-nin Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün Türkiyədən dəvət etdiyi təmsilçi idim. Seçkilər bitdi və mən də Türkiyəyə qayıtdım. Akkreditasiyamın ləğv edilməsinin səbəbini söyləyə bilərəm. ATƏT/DTİHB seçkilərdən 2-3 gün öncə, müşahidəçilər üçün toplantılar keçirdi. Həmin tədbirlərin birində ATƏT/DTİHB-nin Azərbaycanla bağlı işlətdiyi ifadələr, verdiyi məlumatlar qərəzli idi.

Mən də onların bu qeyri-obyektiv münasibətlərinə dair etirazımı ATƏT/DTİHB-nin rəhbərinə yazılı şəkildə çatdırdım. Onların seçkilərlə bağlı obyektiv olmadılarını bildirdim. Digər müşahidəçilərə Azərbaycandan olan bəzi radikal və müxalif olan blogerlərin fikirlərini yansıtmalarına və həmin adamların fotolarını göstərərək yönləndirmə etmələrinə narazılıq ifadə etdim. Onları obyektiv olmağa çağırdım. Çünki onların bu davranışları məndə seçkilər boyunca və seçkidən sonra da obyektiv olmayacaqları qənaətini formalaşdırdı. Mən də etirazımı həm türk, həm ingiliscə yazıb, rəhbərliyə ünvanladım”.

Attar fevralın 8-də ATƏT/DTİHB-nin rəhbərinə müraciət etdiyini bildirib:

“Fevralın 9-da seçkilərə gedib, müşahidəçi qismində iştirak etmişəm. Vəzifəmi layiqincə yerinə yetirmişəm. Fevralın 11-də “Marriott” oteldə baş tutan dəyərləndirmə toplantısında əvvəl mənə dedilər ki, sizin akkreditasiyanızı ləğv etmişik. Səbəb kimi isə rəhbərliyə məktub yazmağımı göstərdilər. Baxın, Azərbaycana insan haqları və demokratiyadan “dərs” verməyə çalışan ATƏT/DTİHB-nin özü xəfif bir tənqidi həzm edə bilmədi.

Bu yumşaq və obyektiv tənqidə dözümlü yanaşa bilmədi. ”Bizi niyə tənqid etmisiniz” deyib, mənim akkreditasiyamı ləğv etdilər. Mən müşahidəçi idim, obyektiv şəkildə müşahidələrimi apardım. Görəvimi layiqincə yerinə yetirdim. Başqa ölkələrin xarici işlər nazirləri də mənimlə birgə müşahidələr aparırdılar. Onların da bir müşahidəçi olaraq mənə qarşı etirazları yoxdur. Mən işimi obyektiv yerinə yetirmişəm. ATƏT/DTİHB mənim akkreditasiyamı sırf onların obyektiv olmadıqlarına etiraz etdiyim üçün ləğv etdilər”.

Paylaş:

mersin escort bayan mersin escort