01 Oktyabr 2020 21:34

İsgəndər Həmidov haqda yalan yayıldı: ailə narahatdır

Sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun ölüm xəbərini yayanlara qarşı ailə üzvləri etiraz edib.

Hazırda komada olan keçmiş nazirin bacısı oğlu Şəhriyar Məcidov bəzi saytların İsgəndər Həmidovun ölümü ilə bağlı yaydıqları yalan məlumatlardan ailəsinin narahatlıq keçirdiyini bildirib.

Ş.Məcidov qeyd edib ki, ailə belə çətin dövrdə hamıdan diqqətli olmağı xahiş edir:

“Etika, insanlıq gözləyirik, olmur. Yalandan xəbər verirlər ki, İsgəndər Həmidov vəfat edib. İnsanlar narahat olur, yaxınlarına, ailə üzvlərinə zəng edib, eşitmək istəmədiyimiz acı xəbəri soruşurlar. Acımızı yenidən yaşayırıq. Telefon xətlərində göz yaşlarına hakim ola bilməyən bu adamlara yazıq deyilmi? Adam öz insanının, öz xalqının nümayəndəsinin ağrısına, acısına dəfələrlə səbəbsiz yerə bais olarmı?

İsgəndər Həmidovun vəziyyəti kəskin ağırdır. Amma sağdır. Xahiş edirik, İsgəndər Həmidovun haqqında olan xəbərləri ailə üzvlərinə istinadən verin”.

Qeyd edək ki, İ.Həmidov 24 yanvardan komadadır və süni tənəffüs aparatına qoşulub. (axar.az)

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri