03 Dekabr 2020 07:55

Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib

Sumqayıtın Tarixi Muzeyində Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib.

Əvvəlcə uzun illər mədəniyyət sahəsində çalışan Corat Mədəniyyət Evinin direktoru Namiq balamiyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov çıxış edib.

O, Mədəniyyət naziri Əbülfəs Qarayevin Sumqayıtda, nazirin birinci  müavini Vaqif Əliyevin Xızda, nazir müavini Rafiq Bayramovun Abşeronda keçirdikləri qəbulların və Mədəniyyət Nazirliyi tərəfindən aparılan monitorinqin nəticələri, yeni yaranan “Mədəniyyət könüllüləri” qrupu, sosial şəbəkələr və mətbuatla əlaqənin təşkili, optimallaşma ilə əlaqədar görüləcək tədbirlər, musiqi məktəblərində keçiriləcək attestasiya, mədəniyyət müəssisələrində ödənişli xidmətin təşkili,  mədəniyyət işçilərinin işə davamiyyəti, müəssisələrdə aşkarlanan problemlər, nizam-intizam qaydaları, və s. ilə bağlı fikir və iradlarını bildirib, tapşırıqlarını verib.

İdarə rəisi həmçinin, Heydər Əliyev Mərkəzlərində Heydər Əliyev irsinin təbliğinin vacibliyindən, Şuşan işğal günü ilə bağlı keçiriləcək tədbirlərin təşkilindən, şuşalı rəssam Rövşən Bayramovun ”İstiqlal” muzeyində keçiriləcək sərgisindən, Zəngilan şəhərciyində keçiriləcək “Bölgələrdən bölgələrə” festivalından, heyata keçiriləcək yeni layihələrdən danışıb.

Müşavirədə mədəniyyət müəssisələrinin rəhbərləri çıxış edərək bildiriblər ki, irad və təkliflər nəzərə alınaraq  qeyd olunan problemlər tez bir zamanda aradan qaldıracaq.

Sonda idarə rəisi Mehman Şükürov Sumqayıt Regional Mədəniyyət İdarəsinin Zəngilan rayon nümayəndəliyinin baş məsləhətçisi Mehman Nəsirovun 55 illik yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb, fəxri fərmanla təltif edib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

Paylaş: