30 Sentyabr 2020 09:31

“Təmrin” dərgisinin Bəxtiyar Vahabzadəyə həsr olunmuş xüsusi sayı təqdim edildi – VİDEO

Türkiyədə nəşr edilən nüfuzlu “Təmrin” dərgisinin 2020-ci il ilk nömrəsi Azərbaycan ədəbiyyatının, eləcə də bütün türkdilli poeziyanın ustadlarından olan, Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr edilib.
Dərginin baş yazarı Hasan Parlakın “baş redaktor”dan giriş yazısı ilə açılan jurnalda daha sonra Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevin türkiyəli oxucunu “salamlama mətni” yer alıb. Sonra isə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın (“Bəxtiyarlıq”) , Millət vəkili Cavanşir Feyziyevin (“Türk dünyasının sönməyən ulduzu”) , akademik Nizami Cəfərovun (“Millet şairi Bəxtiyar Vahabzadə”), akademik İsa Həbibbəylinin (“Milli istiqlal şairi Bəxtiyar Vahabzadə”), “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın (“Bəxtiyar Vahabzadə ilə bağlı oxunmamış səhifələrdən parçalar”), professor Cavanşir Yusiflinin ( “Bir şeirin dedikləri və eşqə dair”), filologiya elmləri doktoru Elnarə Akimovanın (“Bəxtiyaram mən”) yazıları, habelə şairin öz dilindən danışılan “Həyatım və sənətim” xatiratının parçaları, Şəkidəki ev-muzeyindən kiçik fotoreportaj yer alır.
Dərgidəki bütün materialların Türkiyə türkcəsinə tərcüməçisi, yazıçı Ömər Mehmetoğlunun “Azərbaycanın ölümsüz şairi Bəxtiyar Vahabzadə” məqaləsi də var. Bundan əlavə Azərbaycanın və Türkiyənin, eləcə də bütün türk dünyasının dövlət adamlarının – Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Cümhuriyyətinin IX prezidenti Süleyman Dəmirəlin, eləcə də görkəmli ədəbiyyat və mədəniyyət adamlarının – Rəsul Rza, Çingiz Aytmatov, Lev Qumilyov, Oljas Süleymenov, Yavuz Akpınar, Cavad Heyət, Əhməd Ercilasun, Mehmet Kaplan, Yavuz Akpınar, Yevgeni Yevtuşenko, Rimma Kazakova, Pavlo Movçan, Yavuz Bülən Bakilər, İmamverdi Əbilovun qısa fikirləri də dərgidə xüsusi bölümlərdə təqdim edilib.
Dərgini oxucular üçün maraqlı edən daha bir xüsusi məqam Bəxtiyar Vahabzadənin dillər əzbəri olar şeirlərinin ( “Ana dili”, “Axı dünya fırlanır”, “Vətən marşı”, “Bir sirdaş istəyirəm”, “Azərbaycan-Türkiyə”, “Şəhidlər”, “Mən türkəm” və b.) təqdimatıdır.
 Qeyd edək ki, dərgi millət vəkili Cavanşir Feyziyevin yaxından iştirakı və dəstəyi ilə ərsəyə gəlib. Mətnlər Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində seçilib və tərcümə edilib. Layihənin rəhbəri Bədii Tərcümə Mərkəzinin sədri Səlim Babullaoğlu, koordinatoru Bəxtiyar Səlimov və Ömər Küçükmehmetoğludur.
Bəxtiyar Vahabzadə anılıb və “Təmrin” dərgisinin Bəxtiyar Vahabzadəyə həsr olunmuş xüsusi sayı  təqdim edilib.
Fevarlın 12-si səhər Azərbaycan Yazıçılar Biriliyinin sədri, Xalq yazıçısı Anarın rəhbərliyi ilə bir qrup ziyalı və ədib-millət vəkili Cavanşir Feyziyev, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Ədəbiyyat Fondunun direktoru Əjdər Ol, “Ədəbiyyat qəzet”inin baş redaktoru Azər Turan, AYB sədrinin müşaviri Rauf Aslanov, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, yazıçı-jurnalist Bəxtiyar Səlimov Fəxri Xiyabanda Azərbaycanın istiqlal şairi Bəxtiyar Vahabzadənin məzarını ziyarət ediblər, şairin qəbrinə gül qoyublar.
Həmin gün saat 14.00-da Azərbaycan Yazıçılar Biriliyinin “Natavan” klubunda Türkiyədə nəşr edilən “Təmrin” dərgisinin Bəxtiyar Vahabzadəyə həsr edilmiş “xüsusi sayı” təqdim edilib, şairin xatirəsi anılıb. Şairin öz səsi ilə şeir dinlədildikdən sonra mərasimin  aparıcısı və “xüsusi say”ın tərtibçisi, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlunun idarəçiliyi ilə anım tədbiri öz işinə başlayıb.
AMEA-nınbirinci vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Biriliyinin I katibi, Xalq şairi Fikrət Qoca,  Atatürk Mərkəzinin direktoru, akademik, millət vəkili Nizami Cəfərov, millət vəkili, “xüsusi say”ın nəşrinə dəstək göstərmiş Cavanşir Feyziyev, Azərbaycan Yazıçılar Biriliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Türkiyə səfirliyinin mədəniyyət ataşesi, yazar İrfan Çiftçi, Ədəbiyyat Fondunun direktoru Əjdər Ol, “Ədəbiyyat qəzeti”nin baş redaktoru  Azər Turan, M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov, tanınmış jurnalist, professor Cahangir Məmmədli çıxışlar edib böyük şairin çoxcəhətli yaradıcılığını sərf-nəzər ediblər,onun ömür yolu, milli istiqlal mücadiləsi barədə danışıblar, eyni zamanda bir-birindən maraqlı xatirələri dilə gətriblər.
Tədbirdə geniş qapanış çıxışı edən Xalq yazıçı, Azərbaycan Yazıçılar Birlyinin sədri Anar bütün söylənilənləri ümumiləşdirərək Azərbaycan Yazıçılar Birlyinin böyük şairi həmişə xatırladığını və unudulmz xatirəsini əziz tutduqlarını söyləyib, “Təmrin” dərgisinin nəşrini vacib hadisə kimi qiymətləndirib.
Çıxışçıların əksəriyyəti dəriginin nəşrini təqdir edərək  dərginin hazırlanmasında zəhməti keçən hər bir kəsə, məqalə müəlliflərinə, dərginin tərtibçisi Səlim Babullaoğluna, dərginin nəşrinə dəstək vermiş millət vəkili Cvanşir Feyziyevə, tərcüməçi Ömər Küçükmehmetoğluna, dərginin naşiri Şərəf Yılmaza təşəkkür ediblər.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri