Ça. Fev 25th, 2020

Ukraynada “Xankendi-Aze” adlı futbol klubu yaradılıb

Ukraynanın Zaporijya şəhərində soydaşlarımızın təşəbbüsü ilə “Xankendi-Aze” adlı həvəskar futbol klubu yaradılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Cebhe.info-ya verilən məlumata görə, Ukrayna Azərbaycanlıları Radasının (UAR) həmsədri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, hüquq elmləri doktoru Hikmət Cavadov klubun azərbaycanlı gənclər tərəfindən təsis edildiyini bildirib. Diaspor rəhbəri qeyd edib ki, Turxan Seyidlinin rəhbərliyi ilə fəaliyyət göstərən ”Xankendi-Aze” klubuna UABD sponsorluq edir. Klubun adı Dağlıq Qarabağ həqiqətlərinin Ukrayna ictimaiyyətinə daha geniş çatdırılması məqsədilə seçilib.

Bildirək ki,fevralın 9-da “Xankendi-Aze” ilə “Alyans” komandası arasında görüş keçirilib və 2-2 hesabı ilə başa çatıb. Bu, yeni komandanın keçirdiyi sayca üçüncü görüşdür. UABD rəhbəri bildirib ki, “…gənclərimizin irəli sürdüyü vətənpərvərlik ruhunda olan layihələri həmişə dəstəkləyirik. İnanırıq ki, “Xankendi-Aze” özünü göstərərək diqqətləri cəlb edəcək, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu ictimaiyyətə bir daha bəyan edəcəkdir”.

Paylaş:

mersin escort bayan mersin escort