Şb. Apr 4th, 2020

Avro ucuzlaşır: Manata təhlükə varmı?

Avro dollar qarşısında 3 ilin ən aşağı səviyyəsinə düşüb.

Ucuzlaşma Avro məkanında iqtisadi artıma dair narahatlıqların olması ilə əlaqələndirilir. Avronun dollar qarşısında məzənnəsi 2017-ci ilin aprel ayından bu yana ən aşağı səviyyəsini – 1.0827-ni görüb. Yəni Avro ucuzlaşıb, dollar isə bahalaşıb. Avrozonada iqtisadi artımına dair narahatlıqlar Avropa Mərkəzi Bankının pul siyasətini daha da yumşalda biləcəyinə dair ehtimalları gücləndirib.

Avronun belə ucuzlaşması milli valyutaların, xüsusən də manatın məzənnəsinə təsir edəcəkmi?

“Cümhuriyət”ə açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Avronun ucuzlaşmasının bir neçə səbəbini sadalayıb:

“Avro ilə bağlı məsələlər son bir həftədə daha da aktivləşdi. Buna isə müxtəlif amillər təsir göstərdi. Birinci amil odur ki, Avropanın lokomativ ölkələri olan Fransa və Almaniyada iqtisadi artım templəri gözləntilərdən aşağı oldu. Ən böyük təsir isə Almaniya və Fransada sənaye sifarişlərinin ötən aylara nisbətən kəskin azalması oldu. Bu da göstərir ki, Avrozonada iqtisadiyyatın zəifləməsi və yavaşlaması gözləntiləri formalaşıb. Digər bir səbəb isə Brexitlə bağlıdır. Çünki Brexitlə bağlı olaraq hələ ki, hansı yol tutulacağı, Britaniyanın hansı əsaslarla Avropa İttifaqından ayrılacağı, ticarət müqavilələrinin hansı formada bağlanacağı, azad ticarət zonasının olub-olmayacağı ilə bağlı məsələlər açıq qalır. Ona görə də Avronun zəifləməsi trendi başladı və bir həftədir davam edir. Bu da digər ölkə valyutaları qarşısında onun ucuzlaşmasına səbəb oldu”.

Ekspert avro ilə bağlı Azərbaycandakı fərqli vəziyyət olduğunu bildirib:

“Azərbaycanda çarpaz inzibati məzənnə sistemidir. Yəni dolların məzənnəsi sabit qalır. Dolların avro qarşısında oynaqlığı isə manatla dollar avro münasibətlərində əksini tapır. Ona görə də bizdə avro ucuzlaşmaqda davam edir, dolların məzənnəsi isə sabit qalır. Əslində, avro ucuzlaşarkən bizdə də dollar bahalaşmalı idi. Amma bizdə inzibati yollarla dolları sabit saxlayırlar deyə, dollar/avro məzənnə fərqi manat/avro məzənnəsi ilə tənzimlənir. Bu da inzibati bir qərardır”.

Natiq Cəfərli Avronun ucuzlaşmasının Azərbaycana xeyirli və ziyanlı tərəflərinin ola biləcəyini deyib:

“Avronun ucuzlaşması Azərbaycana iki istiqamətdə təsir edə bilər. Birincisi, Avrozonadan gələn məhsulların ucuzlaşması baş verməlidir. Çünki oradan gələn məhsullar avro ilə alınır. İkinci təsiri isə Azərbaycanın avro ilə götürdüyü kreditlər və Neft fondunun sözügedən valyuta ilə yatırımları istiqamətindədir. Bu mənada avronun ucuzlaşması həmin valyuta ilə götürülmüş kreditlərə təsir edir. Eyni zamanda Neft fondunun büdcəsinin 20-25%-i avro təşkil edir ki, ucuzlaşma ona da təsir edəcək. Beləliklə də, Avronun məzənnəsinin düşməsi Neft Fondunun məzənnə itkilərinə səbəb ola bilər. Yəni belə bir təhlükə mövcuddur. Amma son vaxtlar avro ilə götürdüyümüz kreditlər artıb. Xüsusən də TAP-TANAP layihələrinin tikintisi üçün kreditlər avro ilə götürülüb. Bu mənada avronun ucuzlaşmasının həm xeyirli, həm də təhlükəli tərəfləri var”.   /Cebhe.info/

Paylaş:

mersin escort bayan mersin escort