Ça. Fev 25th, 2020

Hadı Rəcəbli, Rauf Arifoğlu, Çingiz Qənizadə üçün PİS XƏBƏR!

“Nəticələri ləğv olunan seçki dairələrində Seçki Məcəlləsinə əsasən əvəzlənmə ola bilməz. Prezidentin sərəncamı ilə əlavə seçki keçiriləcək. Seçkinin vaxtı sərəncamdan asılıdır”.

Turkustan.info xəbər verir ki, bu fikirləri redaktor.az-a açıqlamasında Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri  Məhərrəm Zülfüqarlı deyib. O bildirib ki, məğlub olan şəxs seçkidə təkrar iştirak edə bilməz:

“Yəni, elan olunmuşdu ki, kim qalibdir, nəticə ləğv olunduğuna görə yenidən iştirak edə bilməz. Müsahibələrdə bir çoxları, hətta hüquqşünaslar da cəmiyyətə səhv informasiya verirlər ki, orda hamı iştirak edə bilər. Seçki Məcəlləsində əlavə seçkilər haqqında xüsusi maddə var. Həmin maddədə yazılır ki, nəticəsi ləğv olunan qalib şəxs təkrar seçkilərdə eyni dairədən iştirak edə bilməz”.

Digər dairələrdə də ləğv olunmaların baş verə biləcəyini deyən Məhərrəm Zülfüqarlı  bildirib ki, nəticəsi ləğv olunan 4 dairədən başqa, daha 18 dairədən şikayətlər araşdırılır:

“Seçki şikayətləri 3 gün müddətində verilməlidir. Biz hətta seçki öncəsi də bunu bildirmişdik. Tövsiyyə etmişdik ki, bu 3 gün dəyişdirilsin. Amma qanun hələ qüvvədədir və heç bir dəyişiklik yoxdur. Ona görə də, bu 3 gün ərzində, yəni fevralın 9-dan 3 gün ərzində kimlər şikayət edibsə, onlara baxılacaq. Ondan sonra verilən şikayətlərə  baxılmayacaq”.

Qeyd edək ki, nəticəsi ləğv olunan dörd dairədən Hadı Rəcəbli, Rauf Arifoğlu və Çingiz Qənizadə səs çoxluğu qalib gəlmişdilər. Lakin seçki məcəlləsinə əsasən seçildikləri dairə üzrə yenidən seçkidə iştirak edə bilməyəcəklər.

Paylaş:

mersin escort bayan mersin escort