Ca. Fev 20th, 2020

İlqar Məmmədov mitinqi MSK-nın qarşısına təyin etdi

Sabah Mərkəzi Seçki Komissiyasının qarşısında etiraz aksiyası keçiriləcək.

Turkustan.info xəbər verir ki, bu barədə Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov bildirib. O qeyd edib ki, fevralın 16-da keçiriləcək aksiyanın konkret olaraq təşkilatçısı yoxdur.

“Fevralın 16-da bazar günü saat 15:00-da haqqı pozulan bütün seçicilər, müşahidəçilər, namizədlər MSK-nın qarşısında dinc və demokratik mitinqə gəlsin. Bu hər hansı partiyanın, təşkilatın ya da şəxsin aksiyası deyil. Səsi və haqqı oğurlanmış hər kəsin mitinqidir!”.

İl yarım əvvəl mən həbsdən çıxanda soruşurdunuz ki, mitinqə haçan çıxırıq. Onda da dedim ki, seçki saxta keçsə. İndi də deyirəm: sabah!

Kimsə sonra deyinməsin, ağlamasın, zarafatla ört-basdır etməsin ki, ah, səsimizi oğurladılar. Dinc, qanuni və qətiyyətli etiraz edək!

Mitinqin dincliyini gözdən salmaq istəyən mülki geyimli hər bir şəxs təxribatçıdır və öyrədilmiş agentdir. Onlardan uzaq olun, etirazımızın dincliyini kimsə gözdən sala bilməməlidir!”, – deyə İlqar Məmmədov bəyan edib.

REAL, Müsavat partiyaları və bir neçə müstəqil namizəd 9 fevral seçkilərində qanun pozuntularının olduğunu bəyan edərək etiraz aksiyası keçirmək Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Meriya onların müraciətinə cavab olaraq aksiya üçün Lökbatan qəsəbəsində yer ayırmışdı.  /Yenisabah.az/

Paylaş:

mersin escort bayan mersin escort