Şb. Apr 4th, 2020

Məzahir Pənahov vətəndaşlara MÜRACİƏT ETDİ: Kimdə videolar varsa, ortaya çıxarsın

Hazırda sosial şəbəkələrdə olan şikayətlərin araşdırılması prosesi davam edir. Dairə seçki komissiyalarına göndərdiyimiz şikayətlərin 80 faizi təkrar bizim üstümüzə qayıdacaq. Həmin şikayətlər geri qayıdanadək biz sosial şəbəkələrdəki videoların araşdırılması üzərində işi başa çatdırmalıyıq.

Bunu MSK-nın iclasında komissiyanın sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, DSK-ların qərarlarından MSK-ya şikayət olunanda sosial şəbəkələrdəki görüntülər MSK-ya çox ciddi şəkildə lazım olacaq: “Bəzi müraciətlərdə ümumi xarakterdən başqa heç bir məna yoxdur. Ona görə də onlara əsasən MSK heç bir qərar qəbul edə bilməz. Bəzi fərdlər əllərində olan videoları hansısa zaman üçün, nəyə görəsə saxlayırlar. Mən KİV vasitəsilə hər kəsə bildirmək istəyirəm ki, kimdəsə nəsə varsa, elə bilməsin ki, onu saxlamağın nəsə bir faydası var. Onları ortaya çıxarsınlar. Çünki sonra bunun hüquqi baxımdan bir faydası olmayacaq. O materialların nəinki vaxtı çatıb, hətta vaxtı keçir. Sosial şəbəkələrə minnətdarıq. Sosial şəbəkələr çox gözəl bir faktor, çox gözəl bir fenomendir”. (publika.az)

Paylaş:

mersin escort bayan mersin escort