Ça. Fev 25th, 2020

Paşinyan Qarabağ danışıqlarını pozur: “Azərbaycan Rusiyaya müraciət etməlidir ki…” – Tofiq Zülfüqarov

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ probleminin həllinə mane olan növbəti populist bəyanatını səsləndirib.

Artıq Paşinyan tərəfindən sanki danışıqlar prosesinin məqsədyönlü şəkildə pozmağa yönəlik fikirlərin səsləndirilməsi ənənəvi hala çevrilib. Ermənistan hökumətinin rəhbəri Azərbaycan tərəfin ünvanına sərt açıqlamalar səsləndirməklə ölkə daxilində və beynəlxalq ictimai rəydə siyasi spekulyasiyalar etməyə çalışır.

Almaniyaya səfər edən Nikol Paşinyan Fridrix Ebert Fondunda çıxışı zamanı Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu iddia edən növbəti sərsəm fikirlər söyləyib. İşğalçı ölkənin baş naziri bildirib ki, “Qarabağ Ermənistandır və qurtardı” bəyanatı Dağlıq Qarabağ probleminin dəqiq və konkret izahıdır. Eyni zamanda Azərbaycanın Qarabağa hücumu Ermənistana hücum kimi qəbul ediləcək.

Qarabağ probleminə toxunan Paşinyan məsələni birtərəfli yanaşma ilə həll etməyin mümkün olmadığını vurğuladı. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti birtərəfli hərəkətlər etsə də, bu nəinki problemi həll etməyəcək, əksinə onu daha da ağırlaşdıracaq. “Azərbaycan ərazilər haqqında danışmağı çox sevir, amma bir təhlükəsizlik zonası haqqında danışmağımızı başa düşmək çox vacibdir”-Paşinyan belə deyib.

“Azərbaycan ərazilər barədə danışanda biz təhlükəsizlik zonası haqqında düşünürük. Nə Ermənistan Respublikası, nə də “Dağlıq Qarabağ Respublikası”, başqa heç bir ölkənin hazır olmadığı kimi, öz təhlükəsizliyi hesabına güzəştə getməyə hazır deyil. Yəni bu vəziyyətin həlli yalnız əvvəl və indi mövcud olmayan təhlükəsizlik zəmanətləri ilə əlaqələndirilə bilər. Bunların olmaması mövcud vəziyyəti yaradıb. Qarabağın Ermənistan olması ilə bağlı açıqlamama gəlincə, bunun çox sadə və konkret bir izahı var. Azərbaycanın Qarabağa hücumunu Ermənistan Respublikasına hücum kimi qəbul edəcəyik. Ermənistan Respublikası Qarabağın təhlükəsizliyinin təminatçısıdır”-Paşinyan belə bəyan edib.

Sabiq xarici işlər naziri Tofiq Zülüfqarov hesab edir ki, Nikol Paşinyanın sözügedən açıqlamanı verməklə Ermənistanın Azərbaycan torpaqlarını ilhaq etmək niyyətini açıq etiraf edir.

“Bu açıqlama qonşu ölkənin Azərbaycan ərazilərinə iddiası rəsmi şəkildə bildirməsi kimi qiymətləndirilə bilər. Ermənistan faktiki olaraq, Azərbaycanın torpaqlarını güc tətbiq etməklə işğal edib, orada etnik təmizləmə aparıb, indi də həmin əraziləri ilhaq etmək niyyətindədir. İndi də baş nazir Paşinyan bunu açıq şəkildə bəyan edir”. Diplomat qeyd etdi ki, N.Paşinyan “Dağlıq Qarabağa hücumu Ermənistana hücum kimi qəbul edəcəyik”-deməklə Azərbaycana xəbərdarlıq mesajı verir: “Birincisi, mən Dağlıq Qarabağı siyasi məfhum kimi qəbul etmirəm. Çünki Dağlıq Qarabağ coğrafi termindir. Bu, tarixdən qalmış bölgənin, işğal olunmuş ərazilərin coğrafi adıdır. Əslində, həmin torpaqlar Ermənistan tərəfindən işğal olunub. Azərbaycan ordusunu orada yad planetliləri qarşılamacaq ki? Bu, hər kəsə məlumdur. Sadəcə olaraq, Paşinyan demək istəyir ki, bzi sizin hərbi gücünüzdən qorxmuruq. Ermənilərin belə sərt danışması və bizi hədələməsi Rusiya tərəfindən verilən təhlükəsizlik təminatı ilə bağlıdır. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan Rusiyaya müraciət etməlidir ki, Azərbaycanın işğal olunmuş əraziləri sizin təhlükəsizlik sipəriniz altına düşür, ya yox? Yəni aktual məsələ bu suala cavab almaqdan ibarətdir. Bundan sonra baxıb görək, Ermənistanın baş naziri Azərbaycanı hədələyə biləcəkmi?”

Qeyd edək ki, Ermənistan və Rusiya arasında 2010-cu ildə imzalanmış Qarşılıqlı Dostluq və Hərbi Əməkdaşlıq Haqqında müqavilə mövcuddur. Həmin sənəd Ermənistana hərbi müdaxilənin baş verəcəyi təqdirdə, Rusiyanın özü müttəfiqinin müdafiəsinə yardım etməsini nəzərdə tutur. Rəsmi İrəvan ara-sıra Ermənistana müdaxilə mövzusunu gündəmə gətirməklə Rusiyanın hərbi dəstəyini əldə etməyə, yaxud Azərbaycanı Kremllə hədələməyə çalışır. Bu baxımdan, Nikol Paşinyan Dağlıq Qarabağa hücumu Ermənistana hücum adlandırmaqla görünür, Rusiya ilə imzalanmış sazişdən faydalanmağa çalışır.

Lakin T.Zülfüqarov bildirdi ki, belə bir müqavilə Azərbaycanla Rusiya arasında da var. Ermənistanla imzalanmış sənəd iki ölkə arasında dərhal məsləhələşmələrin başlanmasını nəzərdə tutur:

“Amma 2016-cı ilin aprel döyüşlərində Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatına daxil olan ölkələr bu öhdəlikdən imtina ediblər. Bu baxımdan, Ermənistanın hüquqi baxımdan tam aydın olmayan təhlükəsizlik sipərinə ümid edir. Həmin məsələyə aydınlıq gətirsək, görəcəyik ki, onların ümid etdiyi məsələlər hansı yerdədir? Doğrudan da rus əsgəri Ermənistanın işğalçı xülyasına qurban verilə bilərmi? Rus analardan soruşmaq lazımdır ki, onlar öz övladlarının Ermənistan üçün qan tökməsinə razıdırmı?”.   /Cebhe.info/

Paylaş:

mersin escort bayan mersin escort