C. Apr 10th, 2020

Seçki pozuntuları ilə bağlı 220-dən artıq videogörüntü izlənilib

Mərkəzi Seçki Komissiyasının nəzdində faəliyyət göstərən Mətbuat qrupu tərəfindən sosial şəbəkələrdə yayılan görüntülərin maksimum araşdırılması təmin edilib.

Məlumata görə, bu barədə Mərkəzi seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Qabil Orucov deyib. Q. Orucov qeyd edib ki, bütün görüntülər hər bir dairə, məntəqə üzrə araşdırılıb:

“Ümumi araşdırılan videogörüntülərin sayı hazırda 220-ni keçib. Bu görüntülər ümumilikdə 30 dairəni 116-nı məntəqəni əhatə edir. MSK-ya daxil olan şikayətlər üzrə bəzi videogörüntülər sosial şəbəkələrdə paylaşılanlar olsa da, bəzisi müstəqil şəkildə yayılanlardır”. (modern.az)

Paylaş:

mersin escort bayan mersin escort