C. Apr 10th, 2020

Şok fakt: koronavirus haqda ilk dəfə 40 il qabaq yazılıb… – Bioloji silah kimi yaradılıb

İlk dəfə koronavirusdan 1981-ci ildə bəhs edilib və Uhan-400 adı verilən virus dəhşətli silah kimi təqdim edilib.

Koronavirusla bağlı ilk dəfə Din Kunsun qələmə aldığı “Qaranlığın gözləri” romanında rast gəlinir.

Hazırda Çində koronavirus 1400-ə yaxın insanın həyatına son qoyub, epidemiyaya tutulanların sayı isə 100 min nəfərə yaxınlaşır.

1981-ci ildə qələmə aldığı məlum romanında amerikalı yazıçı Din Kuns Çin Kommunist Partiyası tərəfindən Uhan yaxınlığında hərbi laboratoriyada bioloji silah kimi yaradılan virusdan söz açır.

Romanın süjetində göstərilir ki, Uhan-400 araşdırmasında iştirak edən və Çinin ən təhlükəli kimyəvi silahları haqqında informasiyası olan elm adamı Li Çenin ABŞ-a mühacirət edir.

Müəllif kitabda virusun heyvanların yerinə insanlara təsir etdiyini yazıb.

Uhan-400” virusu ilə koronavirus arasında bənzərliklər isə Tvitter istifadəçilərində şok yaradıb. (teleqraf.com)

Paylaş:

mersin escort bayan mersin escort