Şb. Apr 4th, 2020

Tiflisin Azərbaycana nə qədər borcu var?

Gürcüstanın Azərbaycan qarşısında ümumi borcu 6,699 milyon dollar təşkil edib.

Bu məlumatı Gürcüstan Maliyyə Nazirliyi yayıb.

Məlumata görə, Gürcüstanın ümumi borcu 5,677 milyard dollar təşkil edib. Onun 5,429 milyard dollarını hökumətin borcları olub.

Gürcüstanın ən böyük borcunun Almaniya (369 milyon dollar), Fransa (324 milyon dollar), Yaponiyaya (211 milyon dollar) olduğu vurğulanıb. Bundan başqa Tiflisin Türkiyəyə 12,9 milyon, Rusiyaya 51,3 milyon,Ermənistana isə 7,1 milyon dollar borcu olduğu bildirilib. (axar.az)

Paylaş:

mersin escort bayan mersin escort