Şb. Apr 4th, 2020

Çavişoğlu Çin xarici işlər naziri ilə Uyğur türklərini müzakirə etdi – Münhendə

Münhendə 56-cı Münhen Təhlükəsizlik Konfransına qatılan Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu çinli həmkarı Vang ilə görüşüb.

Turkustan.info Türkiyə mediasına istinadla xəbər verir ki, iki nazirin görüşündə Çində yaşayan Uyğur Türklərinin vəziyyəti müzakirə olunub.

Çində, son illərdə Uyğur Türklərinin yaşadığı Sincan Uyğur Muxtar Bölgəsindəki təhsil mərkəzi adı altında fəaliyyət göstərən düşərgələr və Uyğurların şəxsi və mədəni hüquqlarının pozulması beynəlxalq ictimaiyyət tərəfindən də tənqid olunur.

Human Rights Watch təşkilatının hesabatında Sincan Uyğur Muxtar Bölgəsindəki bir çox insanın “önləyici əməliyyat tədbirləri” adı altında günahsız tutulduğu və siyasi baxımdan təhlükəli sayılan şəxslərin heç bir məhkəmə qərarı olmadan konsentrasiya düşərgələrinə göndərildiyi bildirildi.

BMT və digər beynəlxalq təşkilatlar düşərgələrin nəzərdən keçirilməsi üçün çağırışlarını təkrarlayarkən, Çin bu günə qədər bir neçə xarici diplomat və mətbuat nümayəndələri tərəfindən bir neçə düşərgənin qismən görülməsinə icazə verdi. Çin hakimiyyəti BMT rəsmilərindən birbaşa məlumat üçün ərazini sərbəst yoxlamağı xahiş etməkdən imtina edir (AA).

Paylaş:

mersin escort bayan mersin escort