Şb. Apr 4th, 2020

Məhərrəm Zülfüqarlı: Seçki şikayətlərinə baxılması üçün 3 gün azdır!

“Budəfəki parlament seçkilərinin əvvəlkilərdən daha aktiv, hərəkətli olması, namizədlərin canfəşanlığı və seçkidən sonra da qətiyyətli addımlar atması hər kəsin sosial şəbəkələrdəki aktivliyi ilə əlaqədardır”.

Bu sözləri Modern.az-a Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib. O bildirib ki, sosial şəbəkələr olmasa, namizədlərin faktları ortaya qoyması prosesi xeyli çətinləşəcəkdi:

“Ona görə, mənə elə gəlir ki, namizədlər də, insanlar da bu aktivliyə görə sosial şəbəkələrə minnətdar olmalıdırlar”.

M.Zülfüqarlı seçki şikayətlərinə baxılması üçün ayrılmış 3 gün müddətin az olduğunu düşünür:

“Biz seçkini 2004-cü ildən bəri müşahidə edən qurum kimi tövsiyələr irəli sürürük. Tövsiyələrimizdən biri də seçki şikayətlərinə baxılması üçün ayrılmış 3 gün müddətin uzadılması idi. Bu müddətin uzadılması təklifimizə heç kim diqqət etmədi. İndi cəmi 3 gün vaxt ayrılması namizədlər üçün problemə çevrilib.

Hesab edirəm ki, seçki öncəsi və seçki prosesində bu işlə məşğul olan şəxslər hər bəyanata, hər tövsiyəyə diqqətlə yanaşmalıdırlar ki, gələcəkdə belə problemlə qarşılaşmasınlar”.

Seçki texnoloqu Mərkəzi Seçki Komissiyasına edilən şikayətlərin Dairə  Seçki Komissiyalarına qaytarılmasını da məqsədəuyğun hesab etmir:

“Belə də deyilir ki, məntəqələrdən edilən şikayətlər dairələrə qaytarılır. İnandırıcı deyil ki, Dairə Seçki Komissiyalarının sədrləri öz səlahiyyətində olan məntəqələrdəki pozuntuları etiraf edəcək. Bu absurddur. Biz obyektiv qərarı Mərkəzi Seçki komissiyasından gözləməliyik”.

Paylaş:

mersin escort bayan mersin escort