Şb. Apr 4th, 2020

Xarab mallar yenidən bazara qaytarılır? – Vaxtı keçmiş ərzaq məhsulları necə məhv edilir?

Azərbaycanda qida təhlükəsizliyinin qorunması aktual mövzulardan biridir.

Ölkədə antisanitar, normativlərə uyğun olmayan sexlərin, müəssisələrin olması ilə bağlı mütəmadi olaraq məlumatlar verilir, bəzi hallarda onların fəaliyyətinin dayandırıldığı, bəzi hallarda isə məhdudlaşdırıldığı bildirilir. Eləcə də satış və iaşə obyektlərində keyfiyyətsiz, vaxtı keçmiş məhsullara rast gəlinir. Bununla bağlı faktlar, şikayətlər mətbuat səhifələrində yer alır.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib ki, 2019-cu il ərzində əhalinin qida təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentlik tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə yoxlamalar və idxal-ixrac nəzarəti tədbirləri həyata keçirilib. Həyata keçirilən tədbirlər zamanı ümumilikdə 103703.4 ton və 99382 ədəd məhsul müxtəlif üsul və vasitələrlə zərərsizləşdirilib, 629.3 ton, 9734.9 litr və 152 ədəd məhsul məhv edilib, 33273 ton məhsul isə utilizasiya edilib.

Onu da vurğulayaq ki, dövlət orqanlarının açıqladığı bu cür məlumatlar bir sıra hallarda şübhə doğurur. Bu zaman haqlı sual ortaya çıxır ki, bu cür məhsullar məhv edilirsə, bazarda vaxtı keçmiş və keyfiyyətsiz məhsullar necə peyda olur. Vaxtı keçmiş məhsullar necə, hansı şəraitdə zərərsizləşdirilir. Bununla bağlı, adətən, ictimai məlumatlandırma təmin olunmur. Zərərsizləşdirmə və ultilizasiya prosesinin ictimaiyyətin, o cümlədən də mətbuatın qarşısında etmək mümkün deyilmi?

Bununla bağı AQTA-nın mətbuat xidmətinə rəsmi olaraq ünvanladığımız suallar adəti üzrə cavabsız qalıb.

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov isə “Cümhuriyət” qəzetinə açıqlamasında təşkilatın daim bu məsələni gündəmə gətirdiyini bildirib:

“22 ildir ki, istehlakçı hüquqlarını qorunması ilə məşğulam, bu müddət ərzində cəmi 2 dəfə ictimai məhvetmədə iştirak etmişəm. O da Dövlət Gömrük Komitəsi tərəfindən təşkil olunan tütün məhsullarının məhv edilməsi prosesi olub. Hər gün on tonlarla məhsulun vaxtı keçir, alqoritim belədir – Qida Təhlükəsizlik Təşkilatından öncə müvafiq qurumlar tərəfindən həmin məhsullar satışdan çıxarıb bir yerə toplayır və satıcıya verirlər ki, bunu məhv etsin. Satıcılar həmin malları distribütora qaytarırlar, distribütor isə onun üstünü pozur və yenidən onu istehlakçılara “sırıyır”. Bu vaxtadək alqoritm belə olub. Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyi də bu alqoritmlə gedir”.

Eyyub Hüseynov deyir ki, bu tendensiyanın qarşısı müxtəlif yollarla alına bilər:

“Bir MMC yaradılmalıdır, həmin qurum dövlət orqanlarının satışdan çıxardığı malları toplayıb məhv etməlidir. Məhv etmə prosesində ictimaiyyət nümayəndələri, o cümlədən də Azad İstehlakçılar Birliyi, mətbuat nümayəndələri iştirak etməlidir. Bu əvvəlcədən təşkil olunmalıdır. Mən qəzetiniz vaistəsilə soruşuram – həmin 10 tonlarla məhsullar harda saxlanılır, bunun üçün xüsusi anbarmı var, kim aparır, harda məhv edilir? Bunlar hamısı qaranlıq qalan məsələlərdir. Bunlara aydınlıq gətirilməlidir. Proseslər şəffaf olmalıdır. Açıqlanan məlumatlarla razı deyiləm, çünki bazarda kifayət qədər vaxtı keçmiş malın distribütor tərəfindən vaxtının dəyişdirilib, istehlakçının “boğazına tıxanması” halları var”.

İstehlakçı hüquq müdafiəçisi deyir ki, 3 il əvvəl ona bir nəfər müraciət edib və bildirib ki, vaxtı keçmiş, təhlükəli ərzaq məhsullarını toplamağa hazırdır:

“Onun bu məhsullardan başqa cür istifadə etmək məqsədi var idi. Bu cür insanlara dəstək verilməlidir. Qoşqar Təhməzlinin dediyi rəqəmlərlə razıyam, amma onların son aqibətləri ilə bağlı məlumatla razı deyiləm. Ölkədə İstehlakçıların Hüquqlarının Qorunması qanunu yox, Lomonosovun “maddənin itməməsi” qanunu işləyir – heç bir şey itmir, məhv olmur, bir haldan digərinə çevrilir. Bunun bariz numunəsini supermarketlərdə konfetlərin və digər ərzaq məhsullarının açıq formada – yeşiklərə tökülmüş formada satılmasıdır. Nazirlər Kabinetinin 94 saylı qərarına görə, Azərbaycanda satılan bütün mallar “trasirovka” olunmalıdır – üzərində yararlılıq müddəti olmalıdır. Onlar ona görə yeşiklərə tökülür ki, onların yerləşdiyi qutunun üzərində buraxıldığı tarix, yararlılıq müddəti və s. olur. Bu müddət keçəndən sonra öz qutularını cırıb yeşiklərə tökürlər. Və ya peçenye və vafliləri adi şəffaf salafanlara büküb satırlar ki, onların üzərində heç bir müddət göstərilmir. Bütün bunlar vaxtı keçmiş məhsullardır, bunlara son qoyulmalıdır. Güman edirəm ki, açıq formada satılan bütün məhsullar vaxtı keçmiş məhsullardır”.   /Cebhe.info/

Paylaş:

mersin escort bayan mersin escort