Bz. Apr 5th, 2020

Məhkumluğu olan şəxslər hansı sahələrdə çalışa bilməz? – Ekspertlər CAVABLADI

Müxətlif cinayətlər səbəbindən məhkəmə qərarı ilə azadlıqdan məhrum olunmuş şəxslərin cəza çəkdikdən sonra cəmiyyətə interqrasiya prosesi vacib social məsələlərdən biridir. Müxəlif ölkələrdəkeçmiş məhkumları cəmiyyətə qazandırmaq üçün fərqli proqramlar həyata keçirilir, onların məşğulluğu üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəznində layihələr hazırlanır.

Bununla belə, məhkumluğu olan şəxslər müəyyən sahələrdə çalışması qanunla məhdudlaşdırılır.

Turkustan.info bildirir ki, Modern.az məsələ ilə bağlı hüquqşünas Əliməmməd Nuriyevin fikirlərini alıb. Hüquq sahəsi üzər ekspert məhkumluğu olan şəxslərin dövlət qulluqçusu, hüquq-mühafizaə orqanları və s. sahələrdə çalışa bilməyəcəyini söyləyir. Onun sözlərinə görə, məhkəmə hökmü oxunan zaman azadlıqdan məhrumetmə cəzası ilə yanaşı, məhkum olunan şəxsə azadlıqdan çıxadıqdan sonta müəyyən peşələr üzrə çalışmaq da qadağan oluna bilər.

“Hər bir məhkum şəxs azadlığa çıxandan sonra etdiyi cinayətdən asılı olaraq məhkumluğun ödənilməsi və götürülməsi proseuduru baş verir. Əgər məhkəmənin hökmündə qadağalar varsa, o zaman bu şəxs müəyyən müddətə vəzifə tutmaq hüququndan məhrum edilir. Çünki bəzi vəzifə cinayətlərinə görə şəxsin müəyyən vəzifə tutmaq imkanı ləğv edilir. Bu hökmdə əlavə ikinci cəza kimi qoyulur. Məhkumluq başa çatandan sonra , yəni məhkum azad olandan sonra bir müddət hər hansı vəzifədə işləyə bilməz. Bu məhkum üçün müəyyən müddət sonra qadağalar aradan götürülür.

Bütövlükdə, şəxslərin məhkum olması ilə hər hansı bir vəzifədə işləməsi də qadağan edilir. Məhkumluqdan sonra onlar dövlət qulluqçusu ola bilməz, Milli Məclisə seçkilərə qatıla bilməz, təhlükəsizlik orqanlarında işə götürülə bilməz və.s. Məhkumluqdan sonra bu cür işlərdə işləmək olmaz amma digər bütün işlərdə işləyə bilərlər”.

Əliməmməd Nuriyev məhkumluğu olan şəxslərin cəmiyyətə adaptasiyası üçün atılan addımlar barədə danışıb.

“Məhkumluğu olmuş şəxslər bir qayda olaraq işə düzəlməsində problem var. İndi heç bir sahibkar işə götürən özəl və dövlət sektorlarında bir qayda olaraq məhkum edilmiş şəxslərlə işləmək istəmirlər. Halbuki, qanunvericiliyə görə məhkum edilən şəxs cəza çəkmişdirsə, məhkumluğu ödənilmişdirsə,o istənilən yəni qanunla qadağan edilməyən sahələrdə işləyə bilər. Çünki məhkum edilmiş şəxslərdə bəzi hallarda əlavə cəza kimi müəyyən müddət vəzifə tutmaq hüququndanda məhrum edilməsi barədədə tələb də var”.

Ekspert məhkumların reabilitasiya üçün dövlət səviyyəsində görülən işləri də vurğulayıb.

“Azadlıqdan məhrum olmuş şəxslərin adaptasiyası haqqında qanun 2007-ci ildə qəbul edilib sonra kiçik dəyişikliklər baş verib. Əlbəttə ki, bu qanuna yenidən baxmaq olar. Məhbuslar inteqrasiya ilə bağlı bir çox problemlərlə üzləşirlər: işə qəbulla, ailə tərəfindən qəbul edilməklə, yaşayış yerinin olmaması və digər məsələlərlədə. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən hər il 1000-dən artıq azadlığa çıxmış şəxslərin işə götürülməsi ilə bağlı məlumat var. Amma bütövlükdə bu sahədə sistemli bir yanaşmaya ehtiyac var”.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə məhkumların reabilitasiyası üçün dövlət proqramını effektiv hesab edir.

“Qanun çox effektivdir. Bir neçə il bundan əvvəl qəbul olunan qanun müxtəlif dövlət qurumlarının qarşısına müxtəlif vəzifələr qoyub. Əgər o vəzifələr yerinə yetirilirsə o qanuna əlavələr olunmasına heç bir ehtiyac yoxdur. Ağır, az ağır, ehtiyatsızlıqdan törədilən cinayətlər var və bu cinayətlərin hər birinə uyğun məhdudiyyətlər təşkil olunur”.

Hüquq müdafiəçisi Sahib Məmmədov cinayətin ağırlıq dərəcəsinə uyğun olaraq azadlığa çıxan şəxsin məhkumluğu 2 il ilə 8 il arasında müddətdə onun üzərindən götürüldüyünü xatırladır.

“Ümumiyyətlə, təqsirili bilinərək məhkum edilən şəxslərin məhkumluğu törətdiyi cinayətin ağırlığına uyğun olaraq müəyyən olunur. Az ağır, ağır və xüsusilə ağır cinayətlərdə təqsirli bilinən şəxslərin məhkumluğu müvafiq olaraq cəza başa çatdıqdan sonra iki, altı və səkkiz ildən sonra götürülür. Lakin məhkəmənin qərarı ilə bu müddətlə azala da bilər”.

Sahib Məmmədov bəzi məhbusların azadlığa çıxdıqdan sonra işə qəbulla bağlı ayrı-seçkiliklə üzləşdiyini də deyir.

“Bununla belə cəzasını başa vurmuş şəxslər məhkumluğunu ödəyənə qədər əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Yeganə məhdudiyyət bu şəxslər barədə konkret peşələr üzrə işləməyə məhdudiyyət qoyulduğu halda həmin peşədə işləməklə bağlı ola bilər. Lakin praktikada əvvəllər məhkum olmuş şəxslərlin işə qəbulunda problemlər olur. Belə şəxslərə qarşı bütün dünyada gizli bir ayrı-seçkilik mövcuddur. Yəni tutaq ki, ağır cinayət törətmiş şəxslər, xüsusən qəsdən adam öldürmə, quldurluq, dələduzluq, oğurluq maddələri ilə cəza alaraq cəza çəkmiş şəxsləri, habelə dəfələrlə məhkum olanları işəgötürənlər işə qəbul etmək istəmir. Bunu açıq deməsələr də müxtəlif bəhanələrlə imtina edirlər”.

Paylaş:

mersin escort bayan mersin escort