Bz. Apr 5th, 2020

Siqaretin qiyməti yenidən qalxacaq – RƏSMİ

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Turkustan.info xəbər verir ki, qərara əsasən, aksiz dərəcəsi tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların 1000 ədədi üçün 20 manatdan 31 manata qaldırılıb.

Aksiz dərəcəsi tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədədi üçün isə 28 manatdan 39 manata qaldırılıb.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir. /APA/

Paylaş:

mersin escort bayan mersin escort