Bz. Mar 29th, 2020

Milli Məclisə həsrət qalan PARTİYALAR

Azərbaycanda 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirildi. Mərkəzi Seçki Komissiyasının yekun nəticələrinə əsasən qalib gələn namizədlərin siyahısı müəyyənləşdi.

Nəticələrə görə, altıncı çağırış Milli Məclisdə 9 siyasi partiya təmsil olunacaq. Halbuki, Azərbaycanda 55 dövlət qeydiyyatına alınmış siyasi partiya fəaliyyət göstərir. Onların isə çox az qismi ölkənin siyasi həyatında aktivdir.

Turkustan.info-nun məlumatına görə, qeydiyyata alınmış siyasi partiyalardan bəziləri heç vaxt Milli Məclisdə təmsil olunmaq şansı qazanmayıblar. Bu siyasi partiyalar aşağıdakılardır:

– Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası

– Azərbaycan Xalq Demokratik Partiyası

– Milli Demokrat İdrak Partiyası

– Azərbaycan Kəndli Partiyası

– “Birlik” Partiyası

– Vahid Azərbaycan Milli Birlik Partiyası

– Vahid Azərbaycan Partiyası

– Demokratik Azərbaycan Dünyası Partiyası

– Müstəqil Azərbaycan Partiyası

– Milli Qurtuluş Partiyası

– “Qorqud” Partiyası

– Azərbaycan Milli Hərəkat Partiyası

– Azərbaycan Milli Dövlətçilik Partiyası

– Azərbaycan Vətənpərvərlər Partiyası

– Azərbaycan Vahid Kommunist Partiyası

– Sosial Ədalət Partiyası

– Milli Konqres Partiyası

– Azərbaycan Respublikaçılar Partiyası

– Azərbaycan Liberal Demokrat Partiyası

– “Azərbaycan Mübarizləri” Partiyası

– “Milli Vəhdət” Partiyası

– Müasir Musavat Partiyası

– Azərbaycan Azad Respublikaçılar Partiyası

– Azadlıq Partiyası

– Azərbaycan Tərəqqi Partiyası

– Böyük Azərbaycan Partiyası

– Azərbaycan Təkamül Partiyası

– Vətəndaş və İnkişaf Partiyası

– Azərbaycan Milli Demokrat Partiyası

– Aydınlar Partiyası

Bu siyahıya əlavə olaraq, Azərbaycan Liberal Partiyası (ALP) və Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) adlarını qeyd etmək olar. Belə ki, ALP sədri Lalə Şövkət  2005-ci il parlament seçkilərində qalib gəlib, deputat mandatı rəsmən təsdiq edilib. Amma Lalə Şövkət bu mandatdan imtina edib. Beləliklə, ALP parlament partiyası deyil.

KXCP sədri Mirmahmud Mirəlioğlu isə iki dəfə Milli Məclisin deputatı olub. O, 1990 və 1995-ci illərdə 116 saylı seçki dairəsindən deputat seçilib. Üçüncü dəfə 2000-ci ildə Əlibayramlı seçki dairəsində qalib gələn M.Mirəlioğlu bu dəfə mandatından imtina edib. Bu fəaliyyəti dövründə o AXCP üzvü idi. Amma sonradan 31 yanvar 2007-ci ildə AXCP-dən ayrılacaq, öz partiyasını KXCP-nı təsis edib.

Azərbaycan Demokrat Partiyasının (ADP) isə Milli Məclislə bağlı maraqlı tarixçəsi var. Belə ki, 1990-cı illərin sonunda Yeni Azərbaycan Partiyasının üzvü olan bir neçə deputat sonradan partiyanı tərk edərək ADP-yə keçib. Bu deputatlar Mahir Əsədov, Akif Şahbazov, Yusif Bağırzadə, Şamil Yusifov, Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərovadır. Amma ADP-nin üzvü kimi Milli Məclisdə təmsil olunmaq şansı qazanan olmayıb.   /Modern.az/

Paylaş:

mersin escort bayan mersin escort